00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Sosial

Sertifikatı ləğv olunan plastik cərrah iş başında – FAKTLAR

Daha əvvəl plastik cərrah kimi fəaliyyət göstərən, bir müddət əvvəl isə sertifikatı ləğv olunan Elnur Mehrəlinin bu sahə üzrə özünü reklam etdiyi iddia olunur.

Tribuna.az xəbər verir ki, bu barədə Xitab24.az məlumat yayıb.

Məlumata görə, Elnur Mehrəlinin plastik cərrahiyyə xidmətləri ilə bağlı sosial şəbəkələrdə reklamları yayılır.

Reklam keçidlərində rinoplastika və bədənşəkilləndirmə əməliyyatları ilə bağlı məlumatlar, eləcə də fotoşəkillər təqdim olunur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin fəaliyyətinə icazə verilən plastik-estetik cərrahların siyahısında Elnur Mehrəlinin adı yer almır.

Xitab24.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.

Xatırladaq ki, daha əvvəl sayt tərəfindən Elnur Mehrəlinin “Yasamal Hospital”da həyata keçirdiyi əməliyyatın qüsurlu olması ilə bağlı pasiyentin prokurorluğa müraciət etdiyi barədə məlumat yayılıb. Bakı Şəhər Prokurorluğu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdikdən sonra vətəndaş qərarın ləğvi üçün məhkəməyə müraciət edib.

Məhkəmə araşdırması zamanı Elnur Mehrəlinin plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyət göstərmək hüququnun olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib.

Sorğuya cavab olaraq bildirilib ki, Elnur Mehrəlinin plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətinə icazə verilməyib. Həmçinin onun Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində praktik tibb fəaliyyəti ilə məşğul olması barədə məlumatın olmadığı qeyd edilib.

Prosesin yekununda cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar ləğv olunub.

Məhkəmə hesab edib ki, müstəntiq tərəfindən Elnur Xalid oğlu Mehrəlinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnun olub-olmaması lazımi qaydada araşdırılmayıb. Eyni zamanda onun həmin tarixdə müvafiq dövlət reyestrində qeydiyyatda olub-olmaması Səhiyyə Nazirliyi və aidiyyəti qurumlardan rəsmi qaydada dəqiqləşdirilməli idi.

Qərara əsasən, qeyd olunan hallar araşdırılmalı, cinayət hadisəsinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmalıdır.

Gülşən Rəsul