00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Texnologiya

Smartfonlar bahalaşacaq — Diqqət!

Texnologiya şirkətləri yaxın aylarda qlobal bazarda smartfon qiymətlərinin yüksələcəyini proqnozlaşdırırlar. Bildirilir ki, buna əsas səbəb süni intellekt funksiyalarına tələbatın artması, həmçinin yeni nəsil prosessorların istehsalının daha mürəkkəb və baha başa gəlməsidir.

Bununla yanaşı, operativ və daxili yaddaş komponentlərinin qiymətinin yüksəlməsi də istehsal xərclərini artırır ki, bu da xüsusilə premium seqmentə aid smartfonların qiymətlərinə təsir göstərə bilər. Ekspertlər qeyd edirlər ki, qlobal çip və yaddaş bazarında baş verən dəyişikliklər artıq mobil telefon bazarında da özünü göstərməyə başlayıb.

Bu bahalaşma Azərbaycan bazarında nə vaxt hiss oluna bilər və qiymətlər təxminən nə qədər arta bilər?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli söyləyib ki, texnologiya bazarında qiymətlər və ümumilikdə proseslər o qədər sürətlə dəyişir ki, uzunmüddətli proqnoz vermək çətindir.

Onun sözlərinə görə, Azərbaycan bazarı isə bu məhsullardan böyük ölçüdə asılıdır:

“Çünki bu sahədə yerli istehsal demək olar ki, yoxdur və əsas mallar xaricdən idxal edilir. Bu baxımdan, xarici bazarlarda qiymət siyasətində baş verən istənilən dəyişiklik və ya yeni texnologiyaların bazara daxil olması nəticəsində qiymətlərin artması Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək. Biz bu məhsul və xidmətləri xaricdən aldığımız üçün, beynəlxalq bazarlarda baş verən qiymət dəyişiklikləri istər-istəməz ölkə daxilində də özünü göstərəcək. Ona görə də, əgər xarici bazarlarda qiymət artımı baş verərsə, Azərbaycanda da bu məhsulların bahalaşacağını gözləmək lazımdır. Təəssüf ki, mövcud vəziyyət bunu qaçılmaz edir”.