00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Media

Şuşada qlobal media sammiti: Sülh və həqiqət müzakirə olunacaq

13-14 iyul 2026-cı il tarixlərində Şuşada IV Qlobal Media Forumu keçiriləcək.

Artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq.

Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin tədbirə 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin qatılması gözlənilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli forumun beynəlxalq media gündəminin formalaşmasında mühüm rol oynadığını vurğulayıb:

“Artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu dünya mediasının gündəmində olan ən aktual mövzaların müzakirə edildiyi, yeni trendlərin ön plana çıxarıldığı və qlobal böhranlar fonunda çıxış yollarının axtarıldığı mühüm platformadır. Bu baxımdan forumun əhəmiyyəti böyükdür. Bu il seçilən mövzu da olduqca aktualdır. Dünyada müşahidə olunan parçalanma, müxtəlif bölgələrdə davam edən müharibələr fonunda beynəlxalq sülhün təşviqində medianın missiyası xüsusi əhəmiyyət kəsb edir. Hazırda televiziya ekranlarında, qəzet səhifələrində, xəbər saytlarında əsasən müharibə, partlayış, yanğın və qarşıdurma xəbərləri üstünlük təşkil edir. Bütün bunlar, təbii ki, vicdanlı insanları narahat edir. Bu baxımdan belə bir mövzunun müzakirəsini çox vacib və əhəmiyyətli hesab edirəm”.

Qulu Məhərrəmli forumun media nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi və etibarlı informasiya mühitinin formalaşdırılması baxımından da önəmli platforma olduğunu bildirib:

“Əlbəttə, suallar yaranır: Bu forum sülh işinə nə dərəcədə töhfə verə bilər? Medianın missiyası nədən ibarətdir? Medianın əsas vəzifəsi doğru, dəqiq və obyektiv məlumatı cəmiyyətə çatdırmaqdır. Əgər media bu missiyanı yerinə yetirirsə, o, həm sülhə, həm də həqiqətin təşviqinə xidmət edir və auditoriyanın etimadını qazanır. Yox, əgər media dezinformasiya, saxta xəbərlər və təbliğatla məşğul olur, hansısa ölkənin maraqlarına xidmət edirsə, o zaman sözün həqiqi mənasında media olmaq haqqını itirir. Bu məsələlərin müzakirə olunması, konkret layihələrin hazırlanması, media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, medianın sülhün, barışın, qarşılıqlı anlaşmanın və təhlükəsiz dünyanın təşviqinə töhfə verməsi baxımından belə bir forumun məhz Şuşada keçirilməsi çox əhəmiyyətlidir”.

Fəridə Əsədzadə