00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Təhsil

Təhsil möhlətindən sui-istifadə edənlər yoxlanılır — Açıqlama

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun təhsil möhlətlərindən sui-istifadə hallarının korrupsiya riskləri yaratması ilə bağlı səsləndirdiyi fikirlər hərbi xidmətə çağırış sisteminin şəffaflığı və ədalətliliyinin təmin olunması məsələsini yenidən gündəmə gətirib. Bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi həm korrupsiya risklərinin azaldılmasına, həm də çağırış sisteminə ictimai etimadın artırılmasına xidmət edə bilər. Təhsil möhlətlərindən sui-istifadə hallarının qarşısının alınması və bu sahədə korrupsiya risklərinin minimuma endirilməsi üçün hərbi xidmətə çağırış sistemində hansı əlavə nəzarət və islahat mexanizmlərinin tətbiqi daha effektiv ola bilər?

Uluyol.info xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə Demokrat.az-a danışıb.

Ekspert bildirib ki, hər hansı əlavə möhlət və ya güzəşt mexanizminin tətbiqi nəzəri baxımdan sui-istifadə riskini artıra bilər:

“Bu, həmin imkanlardan mütləq şəkildə sui-istifadə olunacağı anlamına gəlməsə də, belə ehtimalın mövcudluğu nəzərə alınmalıdır. Məhz buna görə proses üzərində effektiv və şəffaf nəzarət mexanizmlərinin qurulması vacib hesab olunur. Bu prosesdə əsas maraqlı qurumlardan biri Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir. Çünki qəbul edilən bütün qərarlar sonda hərbi xidmətə cəlb olunan şəxslərin Silahlı Qüvvələrin sıralarında xidmətə başlaması ilə nəticələnir. Bu baxımdan, nəzarət mexanizmlərində Müdafiə Nazirliyi nümayəndələrinin iştirakı zəruri görünür. Nazirlik üçün əsas prioritet ordunun şəxsi heyətlə təmin olunması, hər kəsin vətən qarşısındakı borcunu yerinə yetirməsi və xidmətə cəlb olunan şəxslərin sağlamlıq vəziyyətinin uyğun olmasıdır. Bununla yanaşı, nəzarət prosesinə ictimai sektorun da cəlb olunmasının əhəmiyyəti vurğulanır. Qeyri-hökumət təşkilatları, ictimai birliklər, eləcə də bu sahədə təcrübəsi olan şəxslər prosesin daha obyektiv və şəffaf idarə edilməsinə töhfə verə bilərlər. Xüsusilə keçmiş hərbçilərin, şəhid və qazi ailələrinin nümayəndələrinin iştirakı ictimai etimadın güclənməsinə xidmət edə bilər.”

O əlavə edib ki, hazırda Azərbaycanda nəzarət mexanizmləri mövcuddur və sistemli, ciddi problem müşahidə edilmir:

“Müzakirə daha çox mövcud mexanizmlərin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkədə baş verən hər hansı problem qısa zamanda ictimailəşdiyi üçün proseslər üzərində ictimai nəzarət də müəyyən səviyyədə təmin olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ictimai sektor nümayəndələrinin prosesdə daha fəal iştirakı nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından faydalı ola bilər.”