00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Dünya

Tramp Hörmüz boğazına öz adını vermək istəyir

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının adının “Tramp boğazı” adlandırılmasını təklif edib, çünki onun sözlərinə görə, su yolu Amerika qoşunlarının nəzarəti altındadır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Donald Tramp bu brədə Truth Social sosial şəbəkəsində yazıb: “İndi ABŞ-nin nəzarəti altında olduğuna görə, Hörmüz boğazının adını “Tramp boğazı” adlandıra bilərikmi? Amerikanın özü kimi, orada da əvvəlkindən daha “isti” olacaq!”

O, İran üzərində qələbədən sonra, 14 avqustda Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətini açıqlayıb. Daha sonra Tramp sosial mediada bir neçə dəfə boğazın ABŞ-nin bir hissəsi olduğunu göstərən xəritə paylaşıb.

İkinci dəfə vəzifəyə başlayandan bəri Tramp üç əsas coğrafi obyektin adlarını dəyişdirib – lakin yalnız ABŞ daxilində rəsmi istifadə üçün.

20 yanvar 2025-ci ildə Trampın təşəbbüsü ilə Meksika körfəzi “Amerika körfəzi”, Alyaskadakı Denali dağı isə “Makkinli dağı” adlandırılıb.

27 avqust 2026-cı ildə Kanada ilə ticarət mübahisəsinin pik həddə çatdığı bir vaxtda Ontario gölünə “Amerika gölü” adı verilib.

Yeni adlar ABŞ federal GNIS bazasına daxil edilib və ABŞ agentlikləri tərəfindən istifadə olunur. Kanada, Meksika və dünyanın əksər hissəsi bu adları tanımır. Google və Apple Maps yeni adları əsasən Amerika istifadəçilərinə göstərir.

Beynəlxalq miqyasda belə hesab olunur ki, ABŞ prezidenti öz ölkəsinin sistemindəki adları dəyişdirə bilər, lakin bütün dünyanı onlardan istifadə etməyə məcbur edə bilməz.