00:00 · 15.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
Türk Dünyası

“Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I toplantısı keçirildi – FOTOLAR

İyulun 2-də Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I toplantısı keçirilib.

Uluyol.info xəbər verir ki, toplantını İB-nin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq birliyin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Direktor digər türk dövlətlərinin təşkilata qoşulması və birliyin beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının qarşıdakı dövrün əsas vəzifələrindən olduğunu vurğulayıb.

İclasın əsas müzakirə mövzusu 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri və Türk dünyasının ortaq elektron məlumat bazasının yaradılması olub. K.Tahirov təklif edib ki, türk xalqlarının ortaq mədəni irsini əhatə edən rəqəmsal resurslar vahid portalda birləşdirilsin və üzv ölkələrin oxucularının istifadəsinə təqdim olunsun.

Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu ortaq məlumat bazasının yaradılmasının əhəmiyyətini qeyd edib.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Kumis Seitova və Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov çıxış edərək təşəbbüsü dəstəklədiklərini bildiriblər. Onlar müəllif hüquqlarının qorunması, tammətnli resursların yerləşdirilməsi, elektron kataloqlardakı biblioqrafik yazıların identifikasiyası, texniki standartların müəyyənləşdirilməsi kimi məsələlərin layihənin uğurlu icrası üçün əsas şərtlər olduğunu qeyd ediblər. Bu məqsədlə texniki mütəxəssislərdən ibarət işçi qrupun yaradılması və mütəmadi onlayn müzakirələrin keçirilməsi təklif olunub.

Birliyin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova birliyin ortaq dövri nəşrinin hazırlanmasını təklif edib üzv kitabxanaların fəaliyyəti və həyata keçirdikləri layihələrin həmin nəşrdə müntəzəm işıqlandırılmasının əhəmiyyətini vurğulayıb.

Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa rəhbərlik etdiyi kitabxananın rəqəmsallaşdırma sahəsində əldə etdiyi təcrübə, elektron kitabxana xidmətləri və rəqəmsal platformalar barədə məlumat verib.

O, bu təcrübəni Birliyin üzvləri ilə bölüşməyə hazır olduqlarını bildirərək türk dünyası üçün ortaq rəqəmsal mədəni platformanın yaradılmasının əməkdaşlığın yeni mərhələsi olacağını qeyd edib. 

Toplantıda kitabxanaçılar arasında peşəkar mübadilə proqramlarının həyata keçirilməsi, üzv ölkələrin milli kitabxanalarında qarşılıqlı ədəbiyyat bölmələrinin yaradılması, ortaq internet saytının hazırlanması, vahid oxucu bileti modelinin perspektivləri, Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması və digər məsələlərlə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda səsləndirilən təkliflər ümumiləşdirilərək 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri müəyyən olunub. “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin nizamnaməsinə dəyişikliklər edilməsi və birliyin təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Uluyol.info