00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Siyasət

Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…

Türkiyədə siyasi partiyalar arasında diqqətçəkən keçidlər baş verib.

Musavat.com xəbər verir ki, müxalifət partiyalarından seçilmiş 9 rayon bələdiyyə sədri AK Partiyaya qoşulub.

Keçidlər sentyabrın 29-da Ankarada AK Partiyanın Konqres Mərkəzində keçirilən Genişləndirilmiş İl Sədrləri Toplantısı zamanı rəsmiləşdirilib. Türkiyə Prezidenti və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan yeni üzvlərə partiya nişanlarını şəxsən taxıb.

AK Partiyaya qoşulan bələdiyyə sədrləri bunlardır:

– Tekirdağın Çerkezköy bələdiyyə sədri Vahap Akay – CHP
– İzmirin Çiğli bələdiyyə sədri Onur Emrah Yıldız – CHP
– Antalyanın Elmalı bələdiyyə sədri Halil Öztürk – CHP
– Ərzurumun Şenkaya bələdiyyə sədri Görbil Özcan – CHP
– Balıkesirin Marmara bələdiyyə sədri Aydın Dinçer – CHP
– Kahramanmaraşın Dulkadiroğlu bələdiyyə sədri Mehmet Akpınar – Yenidən Rifah Partiyası
– Kahramanmaraşın Türkoğlu bələdiyyə sədri Mehmet Karaca – Yenidən Rifah Partiyası
– Elazığın Palu bələdiyyə sədri Muhammet Septioğlu – Yenidən Rifah Partiyası
– Sivasın Koyulhisar bələdiyyə sədri Bora Karakullukçu – İYİ Partiya.

Keçidlər arasında əhali baxımından iri rayonlar da var. Çerkezköy, Çiğli və Dulkadiroğlu yüz minlərlə sakini olan rayonlardır və bu bələdiyyələrin rəhbərlərinin partiya dəyişməsi Türkiyənin yerli siyasi xəritəsində dəyişiklik yaradıb.

9 bələdiyyə sədrindən 5-i 2024-cü il yerli seçkilərində CHP-dən, 3-ü Yenidən Rifah Partiyasından, biri isə İYİ Partiyadan seçilmişdi. Onların AK Partiyaya qoşulması ilə həmin rayonlarda bələdiyyə rəhbərliyi də artıq AK Partiyanı təmsil edəcək.