00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Araşdırma

Türkiyədə “boz boşanmalar” artır: 30-40 illik evliliklər də dağılır

50 yaşdan sonra boşanmalar 3,6 dəfə artıb

Tribuna.az kutahyaninsesi.com-a istinadən xəbər verir ki, Türkiyədə 50 yaş və yuxarı şəxslər arasında boşanmaların kəskin artması ailə institutunun gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Saadet Partiyası Kütahya İl Başkanı Ömer Faruk Evren açıqlamasında Türkiyədə ailə strukturunun ciddi dəyişiklik keçirdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə uzun illər davam edən evliliklərin sona çatması diqqətlə araşdırılmalıdır.

Evren qeyd edib ki, 2001-ci ildə 50 yaş və yuxarı şəxslər arasında boşanmaların sayı 17 min 112 olduğu halda, 2025-ci ildə bu rəqəm 61 min 252-yə yüksəlib. Bu isə təxminən 3,6 dəfə artım deməkdir.

O, bu tendensiyanı “boz boşanma” (“gri boşanma”) kimi xarakterizə edib:

“Məsələ yalnız yeni qurulan evliliklərin dağılması ilə məhdudlaşmır. 20, 30, hətta 40 il eyni həyatı paylaşan insanların evlilikləri də sona çatır.”
Yaşlı cütlüklər üçün ailə məsləhətləri təklif edilir
Ömer Faruk Evren hesab edir ki, ailə məsləhəti xidmətləri yalnız gənc cütlüklərlə məhdudlaşmamalıdır.

Ömer Faruk Evren

Onun fikrincə, 50 yaş və yuxarı cütlüklər üçün ayrıca psixoloji və ailə məsləhəti proqramları hazırlanmalıdır. Bu proqramlarda uşaqların evdən ayrılması, pensiyaya çıxma, sağlamlıq problemləri, yaşlı və xəstə ailə üzvlərinə qayğı göstərilməsi, eləcə də ər-arvad arasındakı rolların dəyişməsi kimi məsələlər nəzərə alınmalıdır.

Evren həmçinin uşaqların evdən ayrılmasından əvvəl və sonra cütlüklərə psixoloji dəstək və ünsiyyət imkanlarının yaradılmasının vacibliyini vurğulayıb.

“Kütahyada xüsusi tədbirlər görülməlidir”

Saadet Partiyasının Kütahya üzrə rəhbəri ailələrin qorunması istiqamətində yerli səviyyədə də tədbirlər görülməli olduğunu bildirib.

O, dövlət qurumları və yerli təşkilatların birgə fəaliyyət göstərməsinin, ailələrin qarşılaşdığı problemlərin araşdırılmasının və xüsusilə orta və yaşlı insanların evliliklərini qorumağa yönəlmiş sosial proqramların hazırlanmasının vacib olduğunu qeyd edib.

İmran Kərimli