00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Siyasət

Ukrayna Rusiyaya dron hücumlarını dayandırmağa hazırdır – Şərti var

Ukrayna tərəfdaşlarına kritik infrastrukturun dağıdılmasının qarşısını alacaq Rusiya ilə razılaşma əldə etməyi təklif edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Dövlət başçısının sözlərinə görə, qida, enerji və həyatı təmin edən digər əsas elementlər qorunmalıdır, çünki “Rusiyanın zərbələri ilk növbədə onlara yönəlib”. O qeyd edib ki, Ukraynanın enerji obyektləri, liman infrastrukturu, logistika, qida və əczaçılıq anbarları hər gün hədəfə alınır.

“Ukrayna Rusiyanın hər hansı bir razılaşmaya əməl etmək niyyətində olduğundan əmin deyil”, – deyə Zelenski Ukraynanın bu məsələ ilə bağlı mövqeyini açıqlayarkən bildirib.

O deyib ki, əgər Rusiya enerji obyektlərinə, kritik infrastrukturuna, qida təchizatına zərbə endirməməyə hazırdırsa, onda biz mütləq zərbələrimizi dayandırmağa hazırıq.

Zelenski vurğulayıb ki, bu, etibarlı, uzunmüddətli olmalı və insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərməlidir.

O qeyd edib ki, müharibə bitməlidir: “Kritik infrastrukturda gərginliyin azalması sülhə doğru ilk addım ola bilər”.

14 sentyabrda ABŞ prezidenti Donald Tramp Ukraynanın guya Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılıq verdiyini bildirib. Onun sözlərinə görə, Rusiya da eyni şeyi etməyə razılıq verib.

Tramp həmçinin bildirib ki, dünya dizel qiymətlərinin artmasına guya ABŞ-İran müharibəsi deyil, əsasən Rusiya ilə Ukrayna arasındakı müharibə səbəb olub.