00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Ölkə

“Xəzəl fəsli” qonaq gəlir…

2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 04:05-də daxil olacaq və beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayacaq.

Bu barədə “Qafqazinfo”ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Günəş illik hərəkəti zamanı iki nöqtədə – yaz və payız bərabərliyi nöqtələrində göy ekvatorunu kəsir.

“Payız bərabərliyi nöqtəsindən keçməklə, Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu andan etibarən isə şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayır. Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyünə görə gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Şimal yarımkürəsində günlər qısalmağa, gecələr uzanmağa, havalar tədricən soyumağa başlayır. Cənub yarımkürəsində isə əksi baş verir və bu proses qış günəşduruşunadək davam edir.

Qeyd edək ki, ekvatorda gecə ilə gündüzün uzunluğu ilboyu dəyişmir və 12 saat olaraq qalır. Ekvatordan qütblərə doğru getdikcə isə Günəş şüasının düşmə bucağı zamanla dəyişdiyindən bu fərq artaraq yay və qış günəşduruşu günləri 24 saata çatır.

Beləliklə, fəsillərin yaranmasının əsas səbəbi ekliptika ilə göy ekvatorunun 23.5-lik bucaq əmələ gətirməsi, ilin müxtəlif vaxtlarında Günəş şüalarının düşmə bucağının dəyişməsi və Yer səthinin fərqli miqdarda istilik alması ilə əlaqədardır”, – deyə məlumatda qeyd edilib.