00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Manşet

Xaricdəki müharibələrə qoşulan azərbaycanlılara xəbərdarlıq

Dünyanın müxtəlif bölgələrində qeyri-sabitliyin davam etdiyi ərazilər mövcuddur. Bu baxımdan Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən risk amillərini nəzərə almalı, hər hansı fövqəladə hadisə baş verdiyi təqdirdə olduqları ölkənin və ya ərazinin rəsmi qurumlarının xəbərdarlıqlarına əməl etməlidirlər.

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, son illərdə bu cür problemlərlə üzləşən 600-ə yaxın Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilərək onların ölkəyə qaytarılması təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Nazir qeyd edib ki, müxtəlif regionlarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarına rast gəlinir. Bəzi hallarda şəxslər müxtəlif vədlərlə bu cür münaqişələrə cəlb olunurlar. Bir daha xatırlatmaq istərdik ki, xarici ölkələrdə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyinə ziddir. Hətta bu cür hallar Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə də nəticələnə bilər.