00:00 · 22.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kimlərə övladlığa uşaq verilmir? — Açıqlama385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdiSarkisyanı tuturlar – torpaq və qala satıb, tender saxtalaşdırıbAlmaniyada qəbiristanlıqda mərhumlarla “danışmaq” üçün “külək telefonu” quraşdırılıbCHP-də zəlzələ: Özgür Özəl elan etdi – 90 deputatla bağlı sensasion iddiaBeş yaşlıların məktəb seçiminə başlandıİsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?Ən təhlükəli ağrıkəsicilərMessi ən yaxşı seçildiDirektorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayırAzərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalanıbTəhlükəsizlik qüvvələri jurnalisti iş yerində həbs etdiKimlərə övladlığa uşaq verilmir? — Açıqlama385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdiSarkisyanı tuturlar – torpaq və qala satıb, tender saxtalaşdırıbAlmaniyada qəbiristanlıqda mərhumlarla “danışmaq” üçün “külək telefonu” quraşdırılıbCHP-də zəlzələ: Özgür Özəl elan etdi – 90 deputatla bağlı sensasion iddiaBeş yaşlıların məktəb seçiminə başlandıİsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?Ən təhlükəli ağrıkəsicilərMessi ən yaxşı seçildiDirektorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayırAzərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalanıbTəhlükəsizlik qüvvələri jurnalisti iş yerində həbs etdi
Cəmiyyət

Yayda dönər təhlükəsi: AQTA-dan kritik xəbərdarlıq

Yay aylarında sevilərək istehlak edilən dönər bəzi hallarda sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Xüsusilə mayonez, ketçup və digər sousların isti havada düzgün saxlanılmaması, həmçinin toyuq ətinin lazımi temperaturda bişirilməməsi və ya uzun müddət açıq şəraitdə qalması qida zəhərlənməsi riskini artırır. 

Bəs yayda dönər alarkən nələrə diqqət etmək lazımdır və hansı hallarda onu yemək təhlükəli hesab olunur?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən  (AQTA) AZXEBER.COM-a bildirilib ki, dönər hazırlanmasında istifadə edilən ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir:

“Dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə obyektlərində qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır. Dönər hazırlanmasında istifadə edilən ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönər donu açıldıqdan sonra bişirilənə qədər +1°C ilə +4°C temperatur intervalında saxlanmalı və daşınmalı, bu müddət ümumilikdə 8 saatı keçməməlidir”. 

Qurumdan bildirilib ki, qida məhsullarının hazırlanması, saxlanması zamanı sanitar-gigiyenik normalara əməl olunmalıdır:

“Qida məhsullarının hazırlanması, saxlanması və təqdim edilməsi zamanı sanitar-gigiyenik normalara, xüsusilə temperatur rejiminə ciddi riayət edilməlidir. Qida blokunun təmiz saxlanılması, avadanlıqların mütəmadi yuyulması və dezinfeksiyası təmin edilməlidir.

Çarpaz çirklənmənin qarşısının alınması məqsədilə çiy və bişmiş məhsullar üçün hazırlıq sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyət mütəmadi tibbi müayinələrdən keçməli, şəxsi gigiyena qaydalarına əməl etməlidir. Dönər hazırlayan şəxslər birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, istifadə etdikləri əlcəklə pul, ödəniş kartı, kassa aparatı, POS-terminal və digər əşyalara toxunmamalıdırlar”.

Eyni zamanda agentlik vurğulayıb  ki, satış zamanı bişmiş dönərin temperaturu 65°C-dən aşağı olmamalıdır:

“Satış zamanı bişmiş dönərin temperaturu 65°C-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim edilən souslar, mayonez və tərəvəzlərin saxlanma rejiminə də ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə olunmalı, hazırlanmış dönər isə 1 saat ərzində istehlak edilməlidir”.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir