00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Gündəm

 Zelenskidən aviaşirkətlərə TƏCİLİ ÇAĞIRIŞ: “Moskvaya uçuşları DAYANDIRIN!”

Ukrayna prezidenti Volodimir Zelenski aviaşirkətləri xəbərdar edib ki, Rusiya səması “təhlükəsizliyini itirir”.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, “Rusiya səmasında dronlar elə görünəcək ki, bununla hesablaşmaq lazım gələcək”.

“Bu gün biz Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkətə, bütün sığorta şirkətlərinə və hələ də Rusiyanın əsas hava limanlarından istifadə edən hər kəsə xəbərdarlıq etmək istəyirik: Rusiya səması tamamilə təhlükəsizliyini itirir”, – Zelenski axşam videomüraciətində deyib.

Onun sözlərinə görə, Ukrayna “mülki aviasiyanın özünü təhdid etmir”, lakin Ukrayna dronlarının hücumları səbəbindən “Rusiya səması faktiki olaraq bağlanacaq”.

“Biz Ukraynada günahsız insanların həlak olmasını istəmirik. Buna görə də tərəfdaşlarımızı xəbərdar edirik: Rusiya səmasında təhlükəsiz anlar başa çatıb. Burada, Ukraynada fəaliyyət göstərən dövlətlərin səfirlərinin, eləcə də Moskvada fəaliyyət göstərən səfirlərin bunu eşitməsi vacibdir. Onların hər biri Rusiya müharibəsinin ölkəmiz və xalqımız üçün nə demək olduğunu dəqiq bilir və bu məlumatı öz paytaxtlarına çatdırmalıdır.

Hazırda ilk növbədə Moskva, Sankt-Peterburq və Rusiyanın digər əsas istiqamətlərindəki hava limanlarına uçuşlar həyata keçirən müvafiq aviaşirkətlərin bunu eşitməsi vacibdir. Ukraynanın Xarici İşlər Nazirliyi və müvafiq qurumlarımız Rusiya səmasındakı təhlükələr barədə beynəlxalq strukturlara tam məlumat təqdim edəcək. Dronların arasında mülki aviasiyaya yer yoxdur”, – Zelenski müraciətində bildirib.

O qeyd edib ki, Ukrayna sülh tərəfdarı olan ölkədir və tərəfdaşların xahiş etdiyi zaman Kiyevin fasilələrə əməl etdiyini və Rusiyaya zərbələr endirmədiyini xatırladıb.

“Rusiya səmasında təhlükəsizlik geri qayıdacaq. Bu, sülhə doğru real hərəkət başlayanda baş verəcək. Hazırda, müharibə davam etdiyi müddətdə Rusiya səması dronlar üçündür. Mülki aviasiya üçün deyil”, – Zelenski vurğulayıb.