Urmiya gölündə suyun həcmi 18 dəfə artıb

0
17820735195341228389729362475978

Urmiya gölündə suyun həcminin 18 dəfə artdığı bildirilib.
Bu barədə “Fars” informasiya agentliyi Qərbi Azərbaycanın (İranda əyalət – red.) Ətraf Mühitin Mühafizəsi Departamentinin rəisinin bəyanatına istinadən məlumat yayıb.
Ötən ilin noyabrında göldə suyun həcmi 240 milyon kubmetr, sahəsi isə 456 kvadrat kilometr təşkil edib.
“Bu məlumatların mövcud vəziyyətlə müqayisəsi suyun həcminin 18 dəfə artdığını və gölün vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını göstərir”, – agentlik qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir