Zaxarova İrəvana açıq dedi: “Məhrum ediləcəksiniz”

0
image

Ermənistanın KTMT qarşısında yerinə yetirmədiyi maliyyə öhdəlikləri İrəvan üçün yeni problemlər yarada bilər.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, təşkilatın nizamnaməsinə əsasən, üzv dövlət iki il ərzində büdcə ödənişlərini etmədiyi halda ona qarşı müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Onun sözlərinə görə, KTMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, borcu olan ölkənin vətəndaşlarının kvota vəzifələrinə namizədliyi dayandırıla, həmçinin borc tam ödənilənədək həmin dövlət təşkilatın işçi orqanlarında səsvermə hüququndan məhrum edilə bilər.

Zaxarova bu barədə RİA Novosti-yə müsahibəsində danışıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT-dən çıxarılması ehtimalının da nəzərdən keçirilə biləcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir