00:00 · 16.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Məktəblərimizdə süni intellekt dövrü: müəllim və şagirdləri hansı yeniliklər gözləyir?Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏAİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb67 milyon illik T-reks skeleti rekord qiymətə SATILDIKüləkli hava ilə bağlı sarı xəbərdarlıqAzərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?Hörmüz boğazı bağlıdırmı?DÇ finalının fasiləsi uzadılacaqFransada doğulan görkəmli Azərbaycan rəssamı – Onu başqalarından nə fərqləndirirdi?Bu gündən yeni 100 MANATLIQ əsginas dövriyyəyə buraxılır – FOTOKönül Nuriyeva- HubrisKəramət Böyükçöl «Sərçə» (hekayə)Məktəblərimizdə süni intellekt dövrü: müəllim və şagirdləri hansı yeniliklər gözləyir?Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏAİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb67 milyon illik T-reks skeleti rekord qiymətə SATILDIKüləkli hava ilə bağlı sarı xəbərdarlıqAzərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?Hörmüz boğazı bağlıdırmı?DÇ finalının fasiləsi uzadılacaqFransada doğulan görkəmli Azərbaycan rəssamı – Onu başqalarından nə fərqləndirirdi?Bu gündən yeni 100 MANATLIQ əsginas dövriyyəyə buraxılır – FOTOKönül Nuriyeva- HubrisKəramət Böyükçöl «Sərçə» (hekayə)
Sosial

251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb? – Hər şagird 1800 manat…

Bakının Nizami rayonu ərazisində yerləşən 251 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbiri ilə bağlı ciddi iddialar səsləndirilib. 

Valideynlərin bildirdiyinə görə, 11-ci sinif şagirdlərindən “Son zəng” tədbirinin təşkili adı altında hər şagirddən ümumilikdə 1800 manata yaxın vəsait toplandığı iddia olunur.

Bizimesr.com bildirir ki,  yığılan pullar restoran xərcləri, rəqs proqramı, foto və video çəkilişlər, dron xidməti, şarlar, gül-çiçək, vinetka və digər təşkilati işlər üçün nəzərdə tutulub.

İddialara görə, sinif rəhbərlərindən biri bu məqsədlə “WhatsApp” qrupu yaradıb və valideynlər tərəfindən edilən ödənişlərin çekləri həmin qrupda paylaşıb. Valideynlərin narazılığına səbəb olan məqamlardan biri də “müəllimlərlə sağollaşma pulu” adı altında əlavə vəsait toplanmasıdır. Bildirilir ki, bu məqsədlə hər şagirddən 140 manat pul yığılıb.

Bundan başqa, “Son zəng” tədbirinin keçirilməsi üçün seçilən “Ay işığı” restoranı ilə bağlı da suallar yaranıb. İddialara görə, restoran üçün hər şagirddən 150 manat vəsait tələb olunub. Lakin restorana müraciət edən valideynlərdən birinin sözlərinə görə, müəssisə nümayəndəsi bir nəfərlik xidmət haqqının təxminən 60-65 manat olduğunu bildirib və tələb olunan məbləğin yüksək olması təəccüb doğurub.

Qeyd edək ki, hər il “Son zəng” tədbirləri ilə əlaqədar məktəblərdə müxtəlif məbləğlərdə pul yığılması barədə şikayətlər gündəmə gəlir. Təhsil müəssisələrində hər hansı məcburi pul yığımının qanunvericiliyə zidd olduğu dəfələrlə vurğulansa da, valideynlərin bu istiqamətdə narazılıqları davam edir.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir