00:00 · 16.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Məktəblərimizdə süni intellekt dövrü: müəllim və şagirdləri hansı yeniliklər gözləyir?Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏAİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb67 milyon illik T-reks skeleti rekord qiymətə SATILDIKüləkli hava ilə bağlı sarı xəbərdarlıqAzərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?Hörmüz boğazı bağlıdırmı?DÇ finalının fasiləsi uzadılacaqFransada doğulan görkəmli Azərbaycan rəssamı – Onu başqalarından nə fərqləndirirdi?Bu gündən yeni 100 MANATLIQ əsginas dövriyyəyə buraxılır – FOTOKönül Nuriyeva- HubrisKəramət Böyükçöl «Sərçə» (hekayə)Məktəblərimizdə süni intellekt dövrü: müəllim və şagirdləri hansı yeniliklər gözləyir?Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏAİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb67 milyon illik T-reks skeleti rekord qiymətə SATILDIKüləkli hava ilə bağlı sarı xəbərdarlıqAzərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?Hörmüz boğazı bağlıdırmı?DÇ finalının fasiləsi uzadılacaqFransada doğulan görkəmli Azərbaycan rəssamı – Onu başqalarından nə fərqləndirirdi?Bu gündən yeni 100 MANATLIQ əsginas dövriyyəyə buraxılır – FOTOKönül Nuriyeva- HubrisKəramət Böyükçöl «Sərçə» (hekayə)
Texnologiya

Məktəblərimizdə süni intellekt dövrü: müəllim və şagirdləri hansı yeniliklər gözləyir?

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.

Məlumata görə, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elan etdiyi satınalmanın ehtimal olunan qiyməti 2 milyon 499 min 299 manatdır.

Tender sənədlərinə əsasən, bu çərçivədə üç əsas istiqamət üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur: təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət platformasının hazırlanması; şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə; müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə platformasının yaradılması planlaşdırılır.

Bundan başqa, generativ süni intellekt əsaslı tədris köməkçisi platformasının genişləndirilməsi və təkmilləşdirilməsi də satınalma predmetinə daxildir.(oxu.az)

Bəs süni intellekt indiki mərhələdə təhsilimizdə necə istifadə oluna bilər? Müəllimlər və şagirdlər üçün hansı rahatlıqları təmin edə bilər?

d2cc4ad8-91fe-464f-808d-47092ed0fff6.jpg (67 KB)

Mövzunu ekspert Elmin Nuri ilə müzakirə etdik. O, bildirib ki, hazırda süni intellektin təhsil sahəsinə tətbiqi dünyanın bir çox ölkəsində uğurla icra olunur: “Süni intellekt müəllim, şagird və tələbələrə bir çox məsələlərdə çox ciddi şəkildə yardımçı olmağı bacarıb. Doğrudur, süni intellekt alətlərindən istifadə bəzən neqativ hallara yol açsa da, çağdaş təhsili bu alətlərsiz təsəvvür etmək mümkün deyil. Təəssüf ki, yerli təhsil mühitində müəllim, şagird və tələbələrdə süni intellekt alətlərindən istifadə o qədər də yüksək səviyyədə deyil. Bir çoxları süni intellekt alətlərindən yalnız “google” axtarış sistemi səviyyəsində yararlanır və onun yeni məzmun yaratma, yeni ideya bankı “hədiyyə etmə” bacarığından istifadə etmirlər. Süni intellektdən yanlış istifadə həqiqətən də təhsilin gələcək inkişafına ciddi mane olur.

Lakin süni intellekt alətlərindən dolğun şəkildə istifadə, ona fərdi bilik və bacarıqların ayrılmaz zənciri aspektindən yanaşmanın tətbiqi məktəblərimiz üçün çox faydalı mexanizmə çevrilə bilər. Bunun üçün mütləq mərhələli şəkildə hərəkət etmək, prosesə ciddi inkişaf proqramı əsasında sistemli yanaşmaq vacibdir. İlk növbədə təhsil mühitini təşkil edən müəllim, şagird və valideynlər üçün süni intellekt bacarıqlarının artırılması məqsədilə məktəbdaxili kurs və təlimlərin təşkili çox mütləqdir. Müşahidələr göstərir ki, süni intellekt alətlərinin məktəb müstəvisində yararsızlığının əsas səbəbi ona olan kortəbii yanaşmadır. Alətlərlə iş zamanı praktiki vərdişlərin zəifliyi burada öz sözünü deyir. Bu bacarıqlardan praktiki və nəzəri istiqamətdə necə istifadə etmələrini öyrənmək və təlimlərin nəticələrini bilmək üçün elə təlimlərin keçirildiyi məktəbdəcə imtahanların təşkili çox vacibdir.Təşkil olunacaq təlimlər və kurslar istifadəçilərdə tədris prosesində süni intellekt alətlərindən effektiv istifadə etmələrinə nail olmağa, dərslərin planlaşdırması, mövzuların tədrisi ilə bağlı proqramların hazırlanması bacarıqlarını müəllimlərdə vərdiş halına çevirməyə yardımçı olacaq”.

Ekspert hesab edir ki, süni intellektin məktəb daxilində əsas yararı həm də müəllimlər üçün bir neçə məsələdə özünü əks etdirir: “Bunlardan biri də şagird qiymətləndirilməsi zamanı müəllimə yardımçı olmaq missiyasıdır. Süni intellektin məktəb daxilində müəllimdə şagird diferrensasiyası və administrativ tapşırıqları optimallaşdırmaq vərdişlərini gücləndirmək imkanı var. O həmçinin, bir müəllimə dərslərə maraqlı məzmun və innovativ aspektdən hazırlaşmaq imkanlarının yaradılmasında da yardımçı ola bilir. Süni intellekt məktəb mühitində, təkcə müəllimlər üçün deyil, həm də şagird və valideynlər üçün də müəyyən imkanlar yaradır.

Məsələn, valideynlərdə şagirdlərin dərslərə hazırlaşmalarına yardımçı olmaq və onları nəzarətdə saxlamalarına dəstək göstərmək də süni intellekt alətlərinin əsas missiyalarından biri ola bilər.
Göründüyü kimi, biz yalnız bir neçə faydalı motivi qeyd etdik. Bunların sayı isə təbii ki, hədsiz çoxdur. Əsas məsələ isə kölgədə qalıb: biz nə üçün süni intellektin məhz bu tərəfinə hələ baxmamışıq?”.

Nigar Həsənli
Musavat.com

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir