ABŞ-nin milli kəşfiyyatında total “təmizləmə”

0
image

ABŞ Milli Kəşfiyyat Agentliyində kütləvi ixtisarlar başlanıb.

Musavat.com CNN-ə istinadla xəbər verir ki, işdən çıxarılan işçilərin sayı hələ açıqlanmayıb.

Əvvəllər milli kəşfiyyatın rəhbəri vəzifəsini icra edən Bill Pultenin bütün ABŞ kəşfiyyat orqanlarının fəaliyyətini əlaqələndirən Milli Kəşfiyyat Agentliyində yüzlərlə iş yerini ixtisar etmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı. İxtisar edilənlər arasında Milli Terrorla Mübarizə Mərkəzinin və Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin işçilərinin də ola biləcəyi bildirilir.

Pulte iyunun əvvəlində milli kəşfiyyatın direktoru vəzifəsini icra etməyə başlayıb. Əvvəllər o, Federal Mənzil Maliyyələşdirmə Agentliyinə rəhbərlik edib. Pultenin əvvəllər kəşfiyyat və ya milli təhlükəsizlik sahəsində işləmədiyi və müvafiq təcrübəsinin olmadığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir