00:00 · 14.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Texnologiya

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var.

Bunu “TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları” mövzusunda yan tədbirdə deyib.

Onun sözlərinə görə, dünyada hər gün 1 milyarddan çox insan “TikTok”a daxil olur.

“Bu ilin birinci rübündə Azərbaycan seqmenti üzərində 600 mindən çox video “TikTok” mütəxəssisləri tərəfindən platformadan silinib. Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqdan məmnunuq və buna davam edirik”, – D.Ryan əlavə edib.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir