00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Siyasət

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib

İyulun 20-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.

Bildirilib ki, Bastiliya Günü ilə bağlı Fransa səfirliyinin keçirdiyi tədbirdə Müsavat Partiyasının rəhbərliyi iştirak edib.

Divan üzvü Mirbaba Babayev “Toplum TV işi” üzrə məhkəmə prosesinin növbəti iclası barədə məlumat verib.

Daha sonra ölkədə və regionda baş verən hadisələr müzakirə edilib.

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günüdür. Müsavat Divanı Həsən bəy Zərdabi dəyərlərinə sadiq media fəallarını təbrik edir və hazırda həbsdə olan 30-dan artıq jurnalist də daxil olmaqla bütün siyasi məhbusların, o cümlədən əsassız olaraq həbs edilmiş Əli Kərimli, Rüfət Səfərov, Azər Qasımlı, eləcə də Müsavat Partiyasının üzvləri Tofiq Yaqublu, Şəmşad Ağa, Qoşqar Nuralı, Əlləddin Ələsgərov və Cabir Vəliyevin azad olunmasını tələb edir.

Regionda gedən proseslər haqda fikir mübadiləsi aparılıb. ABŞ ilə İran arasında münaqişənin yenidən alovlandığı, Təbriz də daxil olmaqla bir sıra şəhərlərin bombalandığı bildirilib. Bir daha vurğulanıb ki, Müsavat Partiyası münaqişənin dinc yolla həllinin, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasının tərəfdarıdır.

Ukraynada baş verən son proseslər təhlil edilib.

Sonda cari məsələlər müzakirə olunub.