Londonun ICE birjasında “Brent” markalı neftin sentyabr füçerslərinin qiyməti 2026-cı il mayın 22-dən bəri ilk dəfə olaraq bir barel üçün 101 dolları ötüb.
Oxu.Az xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların göstəricilərində qeyd olunub.
Hərrac məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 18:08-də “Brent” neftinin dəyəri 7.38% artım nümayiş etdirərək bir barel üçün 101.01 dollara çatıb.