00:00 · 29.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayırİran Hörmüz boğazına yaxınlaşan Avropa gəmilərini qanuni hədəf elan edibHacan Hacısoy vəfat etdiBakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent olduŞərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında — VİDEOTürkiyənin planı İsraili qorxuya saldı – bu ölkə uğrunda savaş başlayırBölgələrdə böhran: Niyə müəllim çatışmır?Milli Qvardiyanın ilk komandanı vəfat etdiAteş yanıyor, o duman tütüyor12 iyul imtahan nəticələri açıqlandı – 17 nəfər 400 bal topladıƏliyevlə Putin telefonla danışdıRusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayırİran Hörmüz boğazına yaxınlaşan Avropa gəmilərini qanuni hədəf elan edibHacan Hacısoy vəfat etdiBakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent olduŞərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında — VİDEOTürkiyənin planı İsraili qorxuya saldı – bu ölkə uğrunda savaş başlayırBölgələrdə böhran: Niyə müəllim çatışmır?Milli Qvardiyanın ilk komandanı vəfat etdiAteş yanıyor, o duman tütüyor12 iyul imtahan nəticələri açıqlandı – 17 nəfər 400 bal topladıƏliyevlə Putin telefonla danışdı
Media

Özbəkistan Jurnalistlər Birliyinin sədri Azərbaycan Milli Mətbuat Günü münasibətilə Azərbaycanlı həmkarını təbrik edib

Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arif 22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan bəhs olunaraq, Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçi mətbuat ənənələrinin bu gün də həqiqətə sədaqət, milli dəyərlərə bağlılıq və ictimai məsuliyyət prinsipləri ilə uğurla davam etdirildiyi vurğulanıb.

Şöhrət Arif vurğulayıb ki, Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələri, yüksək peşəkarlıq məktəbi və cəmiyyətin inkişafındakı müstəsna rolu ilə bütün Türk dünyasında böyük nüfuza malikdir.

Məktubda Özbəkistan ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında media qurumlarının və jurnalist təşkilatlarının əməkdaşlığının xüsusi önəm daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, Özbəkistan Jurnalistlər Birliyi ilə Azərbaycan Jurnalistlər Birliyi arasında formalaşmış səmərəli münasibətlər gələcəkdə birgə layihələr, qarşılıqlı səfərlər və peşəkar əməkdaşlıq təşəbbüsləri hesabına daha da genişlənəcək.

Özbəkistan Jurnalistlər Birliyinin sədri iki qardaş ölkənin jurnalistləri arasında yaradıcı əməkdaşlığın möhkəmlənməsinin bütövlükdə Türk dünyasının ortaq informasiya, mədəniyyət və mənəvi məkanının zənginləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonda Şöhrət Arif Elçin Şıxlıya möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, Azərbaycan Jurnalistlər Birliyinə isə milli jurnalistikanın inkişafı naminə fəaliyyətində yeni başarılar diləyib, qardaş Azərbaycan xalqına və bütün Türk dünyasına sülh, firavanlıq və davamlı yüksəliş diləyib.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir