00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Ədəbiyyat

“Beş gün bir orduyla döyüşən qoçaq”!

Beş gün bir orduyla döyüşən qoçaq

(Milli Qəhrəman Natiq Səlim oğlu Qasımova

ithaf edirəm)

Səni doğan ana mələkdir, mələk,

Sən ondan süd deyil, qeyrət əmmisən.

Ağlın kəsən gündən halaldır sənə,

Şərəfə, əxlaqa yiyələnmisən.

Torpaq təəssübü sarsıtdı səni,

Qoxmadın üstünə yağan güllədən.

Qorumaq əzmiylə ana vətəni,

Duyuldu sorağın ən ön cəbhədən.

Döyüşdün mərdanə, cəngavər kimi,

Danışdı dostların rəşadətindən.

Bütün döyüşlərdə keçirdin önə,

Görənlər bəhs edir şücaətindən.

Xocalı qırğını daşdırdı səbrin,

Qisas hissi sarmış ruhu, qəlbini.

Alban kilsəsiydi son döyüş yerin

Biçirdin ot kimi yağı düşməni.

Keçdin rəşadətlə oddan-alovdan,

Döyüşdün hünərlə, qəhrəman, ərən!

Təslim etmək üçün namərd “Ohanyan”

“Şərt qoydu” xalqımın əsirlərindən.

Günahsız kəslərə qıya bilmədin,

Alıb bayrağını çıxdın meydana.

Təslim oldun.., amma, əsla ölmədin,

Yayıldı mərdliyin bütün cahana.

Heyrətdən donmuşdu yadelli müxbir,

Bu arıq görkəmdə qeyrətə bir bax?!

Yazıb, nəşr elədi gördüyün bir-bir,

“Beş gün bir orduyla döyüşən qoçaq”!

Xuraman Zakirqızı