00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Səhiyyə

Payızın 5 ən yaxşı qidası – Xərçəngin qarşısını alır

Payızda yetişən məşhur meyvə-tərəvəzlər: balqabaq, kələm və alma xərçəng xəstələrinin uzunmüddətli profilaktikasında xeyli kömək edə bilər.

Bu fikri məşhur nevroloq, Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov bildirib.

O qeyd edib ki, balqabaq karotinoidlərlə zəngindir və ondan şorbalar, qarnirlər və sobada hazırlanan yeməklərdə əsas tərkib hissəsi kimi istifadə edilə bilər.

Kələm isə özündə xroniki xəstəliklərin qarşısının alınmasında böyük rol oynayan lif və digər bitki birləşmələrini ehtiva edir.

Alma da məsləhət görülür. Çünki bu meyvə sadə bir lif mənbəyi olsa da sizə bəzi şəkərli və ultraemal olunmuş, kanserogen qəlyanaltıları əvəz etməyə imkan verir.

Dördüncü yerdə isə paxlalılar sinfinə aid qida növləridir. Bunlar mərcimək, lobya və noxuddur. Mütəxəssis məhz bu yeməkləri sağlamlıq faydalarına görə dördüncü yerə qoyub. Onlar xərçənglə mübarizə aparan insanların pəhrizində bitki zülalını və pəhriz lifinin miqdarını artırır. Mamatov qeyd edib ki, beynəlxalq səviyyədə verilən tövsiyələrdə, xərçəngin qarşısının alınması qaydalarında sağlam pəhrizin əsası kimi paxlalılar, tərəvəzlər, meyvələr və emal olunmamış taxıllar xüsusi olaraq vurğulanır.

Ən yaxşı beş payız qidasını bütöv dənli məhsullar tamamlayır: qarabaşaq, yulaf, tam taxıldn hazırlanan çörək və digər yüksək lifli qidalar: “Onlar pəhrizinizi daha doyurucu və fərqli şəkildə zəngin etməyə kömək edir”.

Həkim onu da əlavə edib ki, lifin kolorektal xərçəng riskini azaltdığına dair konkret dəlillər də var.

Mamatovun sözlərinə görə, mövsümi qidalardan təkcə xərçəngin qarşısının alınmasında deyil, bu xəstəlikdən əziyyət çəkənlərin uzunmüddətli profilaktikasının bir hissəsi kimi də istifadə edilə bilər. Bununla belə, o, vurğulayıb ki, burada söhbət riskləri minimuma endirəcəyi ilə bağlı zəmanətdən də getmir. Bütövlükdə pəhriz və sağlam həyat tərzi olduqca vacibdir və onlara hərtərəfli yanaşmaq lazımdır. (Publika.az)