00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Siyasət

Türkiyə XİN rəhbəri: ABŞ ilə Qafqaz məsələləri üzrə əməkdaşlıq edirik

Poliqon xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və Türkiyənin Qafqazda Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini açıqlayıb.

Fidan qeyd edib ki, Ankara və Vaşinqton Yaxın Şərqdən Qafqaza və Balkanlara qədər regional və qlobal məsələlər üzrə əməkdaşlıq edir.

“Biz artıq regional və qlobal məsələlər, Yaxın Şərqdən Qafqaza və Balkanlara qədər müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edirik”, – deyə Fidan bildirib.

Türkiyənin xarici işlər naziri iki ölkənin Qara dənizdə gərginliyin artması risklərini azaltmağa çalışdığını vurğulayıb.

Onun sözlərinə görə, Ankara və Vaşinqton Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə və regionun problemlər mənbəyindən çox əməkdaşlıq məkanına çevrilməsinə çalışır.

Fidan ABŞ və Türkiyə arasında regional və qlobal məsələlərdə əməkdaşlığın davam etdiyini qeyd edib.