00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
İqtisadiyyat

Ət BAHALAŞDI – İqtisadçı səbəbləri AÇIQLADI

Son bir ay ərzində sümüklü mal ətinin qiyməti təxminən 1-2 manat artaraq hazırda 19 manata, sümüksüz mal əti isə 21-22 manata çatıb.

Satıcılar bahalaşmanı mövsüm dəyişikliyi ilə əlaqələndirsələr də, qiymət artımının arxasında başqa iqtisadi amillərin olub-olmaması da sual doğurur.

Bəs mal ətinin bahalaşması müvəqqəti xarakter daşıyır, yoxsa qarşıdakı dövrdə qiymət artımının davam etməsi gözlənilir?

Ərçivan kəndi: Ləvəngi bazarı, kükürdlü bulaq, bahalı əzgil...

İqtisadçı Natiq Cəfərli Musavat.com-a qeyd edib ki, mal ətinin qiymətindəki artım artıq müvəqqəti deyil, daimi xarakter daşıyır: “Çünki ölkədə mal-qaranın sayı kəskin azalır. Nəticədə yem bahalaşır, daşınma xərcləri artır, tənzimləyici orqanların, o cümlədən AQTA-nın müdaxilələri genişlənir. Cərimələr, sertifikatlaşdırma və digər tələblər də əlavə xərc yaradır. Bütün bu xərclər son nəticədə ətin qiymətinə əlavə olunur”.

Natiq Cəfərli bildirib ki, səbəb ölkədə son 5 ildə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının kəskin azalmasıdır: “Bu da birbaşa ət qiymətlərinin artmasına təsir göstərir. Əgər 5 il ərzində iribuynuzlu mal-qaranın sayı təxminən 230-250 min baş azalıbsa, bu azalmanın ət qiymətlərinə təsir etməsi qaçılmazdır”.