00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Cəmiyyət

“Bütün mərmilər zəng edir kimsəsiz evlərə…” – Günün şeiri

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Kulis.az “Günün şeiri” layihəsindən Tural Turanın “Müharibə başladı” şeirini təqdim edir.

…Saat altıdır,
oyanır yuxudan
göyüzünün radiosu:
-Salam, Azərbaycan!
Danışan müharibədir!
Eşidirsinizmi bizi?
Çağırışına cavab verin
hər mərminin, gilizin…

Sonra bütün mərmilər
zəng edir kimsəsiz evlərə:
– Kimsə var?
Uzaq yoldan gəlmişik.
Hanı körpə uşaqlar,
atalarından
xəbər gətirmişik…

On dəqiqə sonra
Hamı dönür əsgərə!
Vətənin alnı qırışır,
Bütöv bir vətən
çevrilir səngərə:

– Alo,
artıq çıxmışıq komamızdan!
Evdə “qonaq” qarşılamağa
ağ-qara şəkillər var,
bir də körpə dualar…
Sülh üçün savaşa
Salam var hamımızdan!

…Sonra söndürür
Göyüzü radionu…
Elə ilk gün və müharibənin sonu…

Sentyabr, 2020