00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Ölkə

“Hər şey Sizdən başladı, cənab General” – Polad Həşimovun xanımı

27 sentyabr – Anım Günü ilə əlaqədar şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun əziz xatirəsini yad edib.

Musavat.com xəbər verir ki, O. Salmanova Vətən müharibəsində döyüşən hərbçilərin Polad Həşimovun adını və xatirəsini yaşatdığını vurğulayıb:

“Hər şey Sizdən başladı, cənab General.

O gecə Vətənin qeyrətli oğulları Sizin adınızı tutaraq önə atıldılar. İşğal altında inildəyən torpaqlarımızın azad edilməsi uğrunda döyüşə və özlərinə böyük qardaş bildikləri Sizin intiqamınızı almağa hazır olduqlarını bildirdilər.

Onlar Vətən torpaqlarını işğaldan azad edərək Vətənə olan sonsuz sevgilərini, Sizə olan qardaşlıq sədaqətlərini əməlləri ilə sübut etdilər.

Bu müqəddəs yolda canından keçən bütün şəhidlərimizi sonsuz ehtiram və dərin hüznlə yad edirik. Onların əziz xatirəsi heç vaxt unudulmayacaq.

Əziz şəhidlərimizin müqəddəs adı və qəhrəmanlığı dünya durduqca xalqımızın yaddaşında əbədi yaşayacaq”.