00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Siyasət

Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”

Cənubi Koreya ilə Şimali Koreya (KXDR) arasında silahsızlaşdırılmış zonada minanın partlaması və Cənubi Koreya hərbçilərinin yaralanması zəminində iki ölkə arasında gərginlik pik həddə çatıb.

“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın müdafiə naziri Kan Sin Çol insidentdən sonra Pxenyanı dərhal danışıqlar masasına oturmağa çağırıb.

“Bu hadisə fonunda bir-birimizi yoxlamaq lazımdır. Danışıqlar masasına əyləşin, çünki mən bunda qətiyyətlə təkid etmək niyyətindəyəm. Mən təkcə hərbi demarkasiya xəttindən danışmıram, daha vacibi birbaşa rabitə sisteminin özüdür”, – deyə Cənubi Koreya hərbi idarəsinin rəhbəri bildirib.

Nazir iki Koreya arasında kəsilmiş əlaqə kanallarının təcili bərpası və möhkəmləndirilməsi üçün effektiv tədbirlər görəcəyini vurğulayıb.

Xatırladaq ki, dəhşətli insident sentyabrın 21-də baş verib. Şimali Koreya tərəfindən minadaşıma ehtimallarını araşdıran və relyef dəyişikliklərini yoxlayan istehkamçılar marşrut salarkən partlayış baş verib. Hadisə nəticəsində 3 hərbçi yaralanıb (onlardan 2-sinin vəziyyəti ağırdır), ümumilikdə bölmədən 18 nəfər təxliyə edilib.

Məlumata görə, ərazidə iki mina işə düşüb, geriçəkilmə zamanı isə daha bir mina aşkar edilib. Partlayışın baş verdiyi nöqtə hərbi demarkasiya xəttindən cəmi 10 metr cənubda yerləşir.