00:00 · 06.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk Dünyası’nın Kalbi Kayseri’de AttıFransa Belçikanı darmadağın etdi“Sumqayıt”ın ev oyunlarını keçirəcəyi məkan dəyişdiTürkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildiPenitensiar Xidmətdə şok həbs – 10 il kadr sahəsinə rəhbərlik edən polkovnik saxlanıldıOsmanlının kölgəsi yenidən Ərəbistan üzərində – Türkiyə bölgəyə ordu yeridirElçibəyə qarşı ittihamlara Müsavatdan etirazFransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOTürk Dünyası’nın Kalbi Kayseri’de AttıFransa Belçikanı darmadağın etdi“Sumqayıt”ın ev oyunlarını keçirəcəyi məkan dəyişdiTürkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildiPenitensiar Xidmətdə şok həbs – 10 il kadr sahəsinə rəhbərlik edən polkovnik saxlanıldıOsmanlının kölgəsi yenidən Ərəbistan üzərində – Türkiyə bölgəyə ordu yeridirElçibəyə qarşı ittihamlara Müsavatdan etirazFransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEO
Manşet

Osmanlının kölgəsi yenidən Ərəbistan üzərində – Türkiyə bölgəyə ordu yeridir

Türkiyə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən kritik toplantıda Yəməndəki vəziyyəti və Səudiyyə Ərəbistanının müdafiəsinə göstərilə biləcək dəstəyi müzakirə edib.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Məkkə Anlaşması çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin toplantısından sonra açıqlamalar verib.

Fidan bildirib ki, Məkkə Müdafiə İttifaqı Anlaşmasının institusionallaşdırılması istiqamətində görülən işlər artıq yekun mərhələyə çatıb.

“Çox şükür, Məkkə Müdafiə İttifaqı Anlaşmasının institusionallaşması üçün görülən işlərin sonuna gəlib çatdıq”, – Hakan Fidan deyib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, toplantının əsas məqsədi əməkdaşlığı daha da irəli aparmaq olsa da, Yəmən-Səudiyyə Ərəbistanı xəttində baş verən hadisələr görüşün fövqəladə xarakter almasına səbəb olub.

Fidan bildirib ki, danışıqlarda Səudiyyə Ərəbistanının müdafiəsinə hansı formada dəstək göstərilə biləcəyi xüsusi müzakirə olunub.

“Yəmən məsələsi ilə bağlı, xüsusilə Səudiyyə Ərəbistanının müdafiəsinə hansı dəstəklərin verilə biləcəyini, problemin sülh və dialoq yolu ilə həlli üçün nələrin edilə biləcəyini bütün aspektləri ilə müzakirə etdik”, – nazir vurğulayıb.

Fidan Səudiyyə Ərəbistanının problemin həllinə yanaşmasını konstruktiv qiymətləndirib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də toplantıda hərbi, əməliyyat və texniki məsələlərlə bağlı mövqeyini təqdim edib. Hakan Fidan bu istiqamətdə aparılan müzakirələrin olduqca səmərəli keçdiyini bildirib.

Toplantının ardınca Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə bəyanat yayıb. Bəyanatda Məkkə və Mədinənin hədəfə alınması cəhdi, eləcə də Səudiyyə Ərəbistanının şəhərlərinə, mülki və iqtisadi obyektlərinə qarşı davam edən hücumlar ən sərt şəkildə qınanılıb.

Komitə kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlanması barədə qərar qəbul edib. Razılaşdırılmış hərbi qüvvə və imkanların müəyyən edilmiş mexanizmlər çərçivəsində Səudiyyə Ərəbistanına verilməsi, həmçinin onların ölkə ərazisində sürətlə yerləşdirilməsinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.

Tərəflər bir daha bəyan ediblər ki, üç ölkədən hər birinin təhlükəsizliyi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsidir.