00:00 · 26.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötürFransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötür
Dünya

Türkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildi

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı Məkkə Müdafiə İttifaqında mühüm təyinat rəsmiləşib.

Musavat.com xəbər verir ki, oktyabrın 5-də Ər-Riyadda keçirilən Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə toplantısında Pakistanın ehtiyatda olan general-leytenantı Nauman Mahmud üç il müddətinə ittifaqın baş katibi təyin edilib.

Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu təmsil edib.

Məkkə Müdafiə İttifaqının əsası avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən imzalanmış Məkkə Birgə Müdafiə Sazişi ilə qoyulub. Avqustun 31-də İstanbulda keçirilən ilk komitə toplantısında qurumun rəsmi adının “Məkkə Müdafiə İttifaqı” olması razılaşdırılıb, katibliyin Ər-Riyadda yerləşməsi və ilk baş katibin Pakistandan seçilməsi barədə ümumi razılıq əldə olunub.

Oktyabrın 5-də Ər-Riyadda keçirilən toplantı ilə bu proses daha bir mərhələyə keçib və Nauman Mahmudun baş katib təyin edilməsi rəsmiləşdirilib. Tərəflər eyni zamanda kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına keçilməsi, razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi üçün tədbirlər görülməsi barədə qərar qəbul ediblər.

Nauman Mahmud kimdir?

Nauman Mahmud Pakistan ordusunun yüksək rütbəli keçmiş komandirlərindəndir. O, uzun illər Pakistan Silahlı Qüvvələrində müxtəlif komanda və qərargah vəzifələrində xidmət edib.

Mahmudun hərbi karyerasında Pakistanın əsas xüsusi xidmət orqanı ISI-nin Təhlil Direktorluğuna rəhbərlik etməsi xüsusi yer tutur. Daha sonra general-leytenant rütbəsinə yüksəlib və Pakistan ordusunun strateji əhəmiyyət daşıyan XI – Peşəvər Korpusunun komandanı olub.

Onun XI Korpusa rəhbərlik etdiyi dövr Əfqanıstanda və Pakistan–Əfqanıstan sərhədində son dərəcə mürəkkəb hərbi-siyasi proseslərin getdiyi mərhələyə təsadüf edib.

Nauman Mahmud sonrakı mərhələdə Pakistanın yüksək səviyyəli hərbi və təhlükəsizlik kadrlarının hazırlanmasında əsas müəssisələrdən biri sayılan Milli Müdafiə Universitetinin prezidenti vəzifəsinə gətirilib.