00:00 · 26.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötürFransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötür
İdman

Fransa Belçikanı darmadağın etdi

UEFA Millətlər Liqası çərçivəsində keçirilən günün mərkəzi qarşılaşmasında Fransa və Belçika milli komandaları üz-üzə gəlib.

Musavat.com xəbər verir ki, gərgin və dramatik mübarizə şəraitində keçən matç Fransa seçməsinin 4:1 hesablı böyük qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 35-ci dəqiqədə Belçika millisi açıb. Romeo Lavianın ötürməsini Dodi Lukebakio dəqiq zərbə ilə tamamlayaraq qonaqları önə keçirib — 0:1.

İlk hissəni geridə bitirən Fransa oyunun son dəqiqələrində inanılmaz geri dönüşə imza atıb. Meydan sahibləri son 15 dəqiqə ərzində rəqib qapısından 4 top keçiriblər:

  • 77′ Dezire Due (Désiré Doué) hesabı bərabərləşdirib — 1:1.
  • 81′ Rayan Şerki (Rayan Cherki) Fransanı önə çıxarıb — 2:1.
  • 88′ Maykl Olise (Michael Olise) fərqi artırıb — 3:1.
  • 90+1′ Maykl Olise dubl edərək matçın yekun hesabını müəyyənləşdirib — 4:1.

Qeyd edək ki, Fransanın son iki qolunda məhsuldar ötürmələri ilk bərabərlik qolunun müəllifi Dezire Due verib.

Bu nəticə ilə Fransa möhtəşəm qələbə qazanaraq aktivinə növbəti 3 xalı yazdırıb.