“Le Poing” nəşrinin araşdırmasına görə, ən azı 14 şəhərdə müşahidə olunan qrupların üzvləri ultra-sağ təşkilatlarla əlaqəlidir və onların arasında irqçi ifadələrə, zorakılığa çağırışlara rast gəlinib
Poliqon xəbər verir ki, Fransada ötən gün keçirilən etiraz aksiyaları zamanı ən azı 14 şəhərdə ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilir. Məlumata görə, polis bu qrupların hərəkətlərinin qarşısını almayıb.
“Le Poing” nəşri mağazaların qorunması bəhanəsi ilə yaradıldığı iddia edilən “qarşılıqlı yardım qrupları” ilə bağlı araşdırma dərc edib. Jurnalistlər bu şəbəkələrdə ultra-sağ təşkilatlarla əlaqəli şəxsləri müəyyənləşdiriblər.
Araşdırmada həmin qrupların üzvləri arasında irqçi ifadələrin işlədildiyi və zorakılığa çağırışların yer aldığı da bildirilir. Nəşrin materialı mağazaları qorumaq məqsədilə yaradıldığı deyilən təşəbbüslərin bəzilərinin siyasi radikal qruplarla əlaqələri barədə suallar doğurur.