00:00 · 26.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötürFransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötür
Dünya

R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Bu barədə 8 ölkənin xarici siyasət qurumlarının birgə bəyanatında deyilir.
Bəyanata əsasən, xarici işlər nazirləri İran ətrafında yaranmış vəziyyəti, İsrail-Fələstin münaqişəsini və onun iki dövlət prinsipi əsasında həll edilməsi zərurətini müzakirə ediblər. Bundan əlavə, onlar husilərin Səudiyyə Ərəbistanına və Yəmən hökumətinə hücumları, təhlükəsizlik və gəmiçilik azadlığı məsələlərini, eləcə də Hörmüz və Bab-əl-Məndəb boğazlarında və Qara dənizdə gərginliyin artması mövzusuna toxunublar.
“Nazirlər regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylərə davam etmə, habelə bu məsələlərlə bağlı təhlükəsizlik, iqtisadiyyat və ticarət sahələrindəki problemlərin həllinə sadiq olduqlarını təsdiq ediblər. Onlar regional münaqişələrin dialoq, diplomatiya və deeskalasiya yolu ilə həll edilməsinin kəskin zərurətini vurğulayıblar. BMT qətnamələrinə uyğun olaraq nazirlər bütün həll olunmamış münaqişələrin danışıqlar yolu ilə uzunmüddətli həll yollarının tapılmasının vacibliyini qeyd ediblər” – bəyanatda deyilir.
Bundan əlavə, xarici siyasət idarələrinin rəhbərləri münaqişələrin qarşısının alınması, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə kömək edilməsi üçün bu formatda dialoqu davam etdirmək barədə razılığa gəliblər.