00:00 · 26.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötürFransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötür
Siyasət

“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le Pen

Fransada “Milli Yürüş” partiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen ölkəsinin ordu quruculuğunu inkişaf etdirəcəyini, lakin fransız qoşunlarının ölkədən kənardakı münaqişələrə cəlb olunmayacağını bəyan edib.  

Redaktor.az TASS agentliyinə istinadən xəbər verir ki, siyasətçi respublika vətəndaşlarının məsuliyyətsiz hərbi macəralara göndərilməyəcəyini vurğulayıb.

Le Pen bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi onun əsas prioritetlərindən biri olacaq və əsas vəzifə Fransanı daxili və xarici təhdidlərdən etibarlı qorumaqdan ibarətdir.  

Eyni zamanda, o, ordunun mümkün ənənəvi münaqişələrə yüksək səviyyədə hazırlığının dəstəklənməsinin vacibliyini qeyd etsə də, güclü ordunun varlığının “müharibə aparmaq istəyi” mənasına gəlmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, avqust ayında Ukrayna ilə bağlı keçirilən görüşdən sonra “könüllülər koalisiyası”na daxil olan ölkələr münaqişə başa çatdıqdan sonra Ukrayna ərazisində çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə hazır olduqlarını bəyan etmişdilər. Marin Le Penin bu açıqlaması isə Fransanın həmin missiyalarda birbaşa canlı qüvvə ilə iştirakına qarşı mövqeyini nümayiş etdirir.