00:00 · 26.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötürFransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötür
İdman

Beşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında beşinci dəfə dünya çempionu olan Eldəniz Əzizli (55 kq) öz təəssüratlarını bölüşüb.

Qaynarinfo xəbər verir ki, beşqat dünya çempionu qalib gəlməyi hamıdan çox istədiyini bildirib.

“Artıq 28-ci ildir ki, güləş karyeramı davam etdirirəm. Yarımfinal və final görüşündə güləşdiyim gürcü və İran idmançısı dünyaya gələndə mən artıq Avropa çempionu olmuşdum, yəni onların yaşı qədər təcrübəm var. Düşünürəm ki, burada hamıdan çox mən istəyirdim ki, bu il də dünya çempionu olum.

Keçən il üçüncü yerə çıxsam da, bu, ürəyim istəyən bir nəticə deyildi. Ona görə bir il ərzində gecə-gündüz çalışdıq, vuruşduq, istədik və Allah istədiyimizi bizə verdi, 35 yaşımda artıq beşinci dəfə dünya çempionu oldum”, – o deyib.

Mükafatlandırma mərasimində Azərbaycanın Dövlət himni səslənən zaman gözyaşına hakim ola bilməyən E. Əzizli həmin an keçirdiyi hisslərdən danışıb:

“Bütün karyeram gözümün önündən keçdi. Beyləqandan gəlməyim, Bakıda məşq etməyim, o çətinliklər və birinci, ikinci, üçüncü yerə çıxmağım. Sonunda beşinci dəfə dünya çempionu olmaq”.