00:00 · 27.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Ukraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu“Qalatasaray” derbidə “Fənərbaxça”nı məğlub etdi – Osimhen dubl etdiErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötürDört gün boyunca gastronomi, kültür ve kardeşlik !Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdıƏrdoğan bəyanat verdi: “Oktyabrın 30-da…”Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildiBu ölümcül virus Azərbaycanda da yayıla bilər – Həkimdən SOSMüsavat Divanının gündəliyiAzərbaycan Tədris Akademiyası 15 illik yubileyini yeni layihələrlə qeyd edirNizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdirİnfarkt zamanı nə etməli? – Professor vacib məqamları açıqladıUkraynada qış kabusu: Azərbaycan Kiyevin enerji cəbhəsinə qoşuldu“Qalatasaray” derbidə “Fənərbaxça”nı məğlub etdi – Osimhen dubl etdiErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötürDört gün boyunca gastronomi, kültür ve kardeşlik !Zelenski hərbi vəziyyətin müddətini 21-ci dəfə uzatdıƏrdoğan bəyanat verdi: “Oktyabrın 30-da…”Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildiBu ölümcül virus Azərbaycanda da yayıla bilər – Həkimdən SOSMüsavat Divanının gündəliyiAzərbaycan Tədris Akademiyası 15 illik yubileyini yeni layihələrlə qeyd edirNizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdirİnfarkt zamanı nə etməli? – Professor vacib məqamları açıqladı
Siyasət

Müsavat Divanının gündəliyi

Oktyabrın 26-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Partiyanın Ağdaş rayon təşkilatının ümumi yığıncağı ilə bağlı Divan üzvü Razim Əmiraslanlının məlumatı dinlənilib. Bildirilib ki, yığıncaq partiyanın nizamnaməsinə və müvafiq təlimatlara uyğun keçirilib, gizli səsvermə yolu ilə yeni sədr seçilib.

Divan üzvü Fərəc Kərimli ictimai fəallar Anar Məmmədli və Anar Abdullanın apelyasiya məhkəməsi barədə məlumat verib. Müdafiə tərəfi çıxarılan hökmün əsassız olduğunu bildirərək işə xitam verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə bu və digər vəsatətləri təmin etməyib.

Meydan TV işi üzrə məhkəmə prosesinin gedişatında siyasi motivlərlə həbs olunmuş şəxslərə saxlanma yerlərində təzyiq göstərilməsi pislənilib. Jurnalist Nurlan Librenin antisanitariya şəraitində olan cərimə kamerasına salınması, onun müdafiə hüququnun kobud pozulması kimi qiymətləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsi səhhətində ağır problemlər olan Aynur Elgünəşin barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etməyib.

Divan ölkədə repressiyaların dayandırılması və bütün siyasi məhbusların sərbəst buraxılmasını bir daha tələb edib.

Ölkədəki ictimai-siyasi vəziyyət bölümündə Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub, gərginliyin aradan qaldırılmasına yönələn addımlar təqdir edilib.

Dünyada baş verən aktual hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.