Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyası ilə sarsılmaz qardaşlıq və birlik içində olacaqlarını bildirib.
Uluyol.info Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasından sonra açıqlama verib.
“Oktyabrın 30-da, cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına yenidən Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”, – deyə Türkiyə prezidenti bildirib.