00:00 · 29.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Telefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcəkTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək
Sosial

“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti – Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları

“Bioşəfa Sağlamlıq Mərkəzi” adlı şirkətin Qazax rayonunda vətəndaşları qəbul etdiyi, özünü klinika kimi təqdim etdiyi və xüsusi aparat vasitəsilə müayinə apardıqdan sonra resept yazdığı bildirilir.

Mərkəzdən şikayətçi olan vətəndaşların Bizim.Media-ya verdikləri məlumata görə, şirkət özünün Bakıda klinika kimi fəaliyyət göstərdiyini iddia edir.

Vətəndaşların əllərini hansısa “tok aparatı”na qoymaqla müayinə etdiyi deyilən müəssisə daha sonra onlara “ot dərmanlar” adı ilə məhsullar təyin edir.

Şikayətçilərin bildirdiyinə görə, müayinə üçün 30 manat ödəniş alınır, yazılan reseptlərdəki məhsulların ümumi qiyməti isə 200–300 manat arasında dəyişir. Reseptdə yazılan “ot dərmanlar”-ın isə başqa apteklərdə satışı olmadığını bildirib, “elə bizdən almalısınız”, – deyirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edərək belə bir müəssisə barədə məlumatın olub-olmadığını, qeyd olunan xidmətin sertifikatlaşdırılmış xidmət növlərinə daxil edilib-edilmədiyini və şikayətçi vətəndaşların hara müraciət edə biləcəyini öyrənməyə çalışdıq.

Mərkəzdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, özəl tibb müəssisələrinin bazasında “Bioşəfa sağlamlıq mərkəzi” adlı klinika yoxdur.

“Sorğunuzda qeyd edilən fəaliyyət növü tibbi xidmət, lisenziyalaşdırılan fəaliyyət növü deyil. Buna görə də, tərəfimizdən araşdırılması məqsədəuyğun deyil. Təqdim olunan kağız parçasında yazılanlar bioloji aktiv qida məhsulu kimi ehtimal olunduğundan, aidiyyəti üzrə AQTA-ya müraciət etməyiniz tövsiyə edilir”, – deyə Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Reseptlərdə qeyd olunan məhsullarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) da sorğu ünvanladıq.

Agentlikdən sorğumuza verilən cavabda qeyd olunub ki, reseptlərdə adı çəkilən hər üç məhsul – Kordiseps, Linji və Xitozan qida təhlükəsizliyi qeydiyyatından keçib.

Beləliklə, əsas suallar hələ də açıq qalır:

Özünü klinika kimi təqdim edən bu müəssisə hansı hüquqi əsasla fəaliyyət göstərir? Vətəndaşların əllərini xüsusi aparata qoymaqla sağlamlıq vəziyyətini müəyyənləşdirdiyi deyilən bu üsul hansı tibbi və ya elmi əsaslara söykənir? Müayinə nəticəsində insanlara 200–300 manatlıq məhsulların tövsiyə edilməsi hansı meyarlarla müəyyənləşdirilir? Bu məhsullar vətəndaşların sağlamlıq problemlərini həll etmək üçün təqdim edilirsə, onların effektivliyinə dair hansı sübutlar var?

AQTA-nın məhsulların qida təhlükəsizliyi qeydiyyatından keçdiyini bildirməsi isə onların xəstəlikləri müalicə etdiyini təsdiqləmir. Digər tərəfdən, Analitik Ekspertiza Mərkəzinin məlumatında müəssisənin özəl tibb müəssisələri bazasında olmadığı bildirilir.

Bəs o zaman vətəndaşlara göstərilən bu xidmətə kim nəzarət edir?