00:00 · 29.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Telefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcəkTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək
Dünya

Barak Obama Tramp üçün problemə çevrilir

ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Tramp administrasiyasının İrana qarşı siyasətini tənqid edib. O bildirib ki, müharibə həm ABŞ iqtisadiyyatına, həm də qlobal bazarlara ciddi təsir göstərir.

Sabiq prezident Obama son zamanlar aktivliyi ilə seçilir. O, tez-tez Donald Trampa sərt tənqid edir, 3 noyabrda keçiriləcək aralıq seçkilərdə demokrat namizədlərə dəstək məqsədilə keçirilən mitinqlərdə iştirak eləyir. Bu aktivlik Barak Obamanın növbəti prezident seçkilərində namizəd kimi iştirak etmək iddiasından xəbər verirmi? ABŞ qanunvericiliyi artıq iki dəfə ölkə prezidenti vəzifəsində işləmiş şəxsə üstündən bir neçə müddət keçdikdən sonra yenidən prezident seçilmək hüququnu tanıyırmı?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Barak Obamanın yenidən ABŞ prezidenti seçilməsi konstitusion baxımdan mümkün deyil. Onun hazırkı fəallığı daha çox seçki öncəsi Demokratlar Partiyasının mövqelərini gücləndirmək, Tramp administrasiyasının mövqelərini sarsıtmaq və 2026-cı il aralıq seçkilərinə təsir göstərmək cəhdidir: “Sabiq prezidentin Donald Tramp administrasiyasını sərt tənqid etməsi və Demokratlar Partiyasının namizədlərinə açıq dəstək verməsi ABŞ siyasətində onun rolunu yenidən aktuallaşdırıb. Lakin bu fəallığı onun növbəti prezident seçkilərində namizəd olmaq niyyətinin göstəricisi kimi hesab etmək üçün əsas yoxdur. ABŞ konstitusiyası Barak Obamanın üçüncü dəfə prezident seçilməsinə imkan vermir. Obamanın fəallığı Demokratların Trampa qarşı siyasi mübarizəsinin bir hissəsidir. Onun fəallığını ilk növbədə 3 noyabr 2026-cı ildə keçiriləcək aralıq seçkilərlə əlaqələndirmək lazımdır. Bu seçkilərdə ABŞ Konqresinin hər iki palatasının tərkibi uğrunda mübarizə aparılır. Nəticələr Tramp administrasiyasının qarşıdakı iki ildə qanunvericilik gündəliyini həyata keçirmək imkanlarına təsir göstərə bilər. Demokratlar üçün Obama təkcə sabiq prezident deyil, həm də seçicilərlə ünsiyyətdə təcrübəsindən və ictimai nüfuzundan istifadə edə biləcəkləri siyasi fiqurdur. O, hazırkı administrasiyanın fəaliyyətini tənqid etməklə yanaşı,

Demokratlar Partiyasının namizədlərini dəstəkləyir və tərəfdarlarını seçkilərdə fəal iştirak etməyə çağırır. Onun məqsədi mövcud siyasi mübarizədə partiyasının mövqelərini gücləndirməkdir.

ABŞ konstitusiyasına 1951-ci ildə əlavə edilmiş 22-ci düzəlişə əsasən, heç bir şəxs ABŞ prezidenti vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Bu məhdudiyyət prezidentlik müddətləri arasında fasilənin olub-olmamasından asılı deyil. Obama 2008-ci ildə prezident seçilib, 2012-ci ildə isə ikinci müddətə yenidən seçilib. O, 2009–2017-ci illərdə ABŞ prezidenti olub. Beləliklə, iki dəfə prezident seçildiyi üçün onun 2028-ci ildə və ya daha sonrakı prezident seçkilərində yenidən namizəd olması konstitusion baxımdan mümkün deyil”.

M.Rəhimli qeyd edib ki, Konstitusiyada söhbət sadəcə ardıcıl iki müddətdən deyil, ümumilikdə iki dəfə prezident seçilməkdən gedir. Yəni bir neçə seçki dövrü keçdikdən sonra da bu hüquq bərpa olunmur.

Etibar Seyidağa,
Musavat.com