00:00 · 14.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Soyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqHava kəskin dəyişir – Temperatur 10 dərəcə enəcəkSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqHava kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək
Dünya

Şimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTO

Şimali Koreya 78 il ərzində dəyişməz qalan dövlət bayrağının ölçülərinə yenidən baxıb. Qərara əsasən, bayrağın en və uzunluq nisbəti dəyişdirilib, rəngləri və əsas simvolları isə qorunub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, dəyişiklik ölkənin yenilənmiş Konstitusiyasında əksini tapıb. Rəsmi “Naenara” platformasında dərc edilən sənədin 166-cı maddəsinə əsasən, bayrağın əvvəlki 1:2 nisbəti 1:1,65 olaraq müəyyənləşdirilib. Bu, 1948-ci ildən bəri ilk belə dəyişiklikdir.

Bayrağın ortasındakı qırmızı zolaq, ağ xətlər, mavi zolaqlar və ağ dairədəki beşguşəli ulduz əvvəlki kimi saxlanılıb. Rəsmi izaha görə, qırmızı rəng ölkənin müstəqilliyi uğrunda mübarizədə tökülən qanı, ağ rəng xalqın hakimiyyətə bağlılığını, mavi isə suverenlik və sülh ideyalarını simvolizə edir.

Dəyişiklik Kim Çen Inın rəhbərliyi altında ölkənin dövlət kimliyinin yenidən formalaşdırılması cəhdləri ilə əlaqələndirilir.

Qeyd edək ki, son illərdə Pxenyan Cənubi Koreya ilə münasibətlərdə də mövqeyini sərtləşdirib. İki ölkənin birləşməsi ideyasından uzaqlaşan Şimali Koreya onları ayrı və düşmən dövlətlər kimi təqdim etməyə başlayıb. Bu prosesdə milli himnə də dəyişiklik edilib.

Hakimiyyət bayrağın ölçülərinin yenilənməsinin səbəblərini ətraflı açıqlamayıb.