00:00 · 14.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Soyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqHava kəskin dəyişir – Temperatur 10 dərəcə enəcəkSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqHava kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək
İqtisadiyyat

MİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandı

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə ümumilikdə 1049 mənzili güzəştlə satışa çıxaracaq.

Uluyol.info  xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, mənzillərin satışı dekabrın 16-da saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək aparılacaq. Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.

Mənzillərin qiymətləri aşağıdakı kimidir:

Hövsan Yaşayış Kompleksi:
* 4 otaqlı – 118 800 manat.

Binəqədi Yaşayış Kompleksi:
* 3 otaqlı – 98 415 manatdan;
* 4 otaqlı – 133 650 manat;
* 5 otaqlı – 211 275 manat.

Şirvan Yaşayış Kompleksi:
* 2 otaqlı – 54 815 manat;
* 3 otaqlı – 69 160 manatdan;
* 4 otaqlı – 93 765 manatdan.

Yevlax Yaşayış Kompleksi:
* 1 otaqlı – 43 225 manat;
* 3 otaqlı – 70 490 manatdan;
* 4 otaqlı – 103 740 manat.

Qiymətlərə ƏDV daxildir.

MİDA-nın məlumatına əsasən, Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə əldə edilə bilər. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%, kredit müddəti isə 3 ildən 30 ilədəkdir. Minimal ilkin ödəniş və 30 illik kredit müddəti nəzərə alınmaqla, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.

Mənzillərin seçimi elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçiriləcək. Satışda yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə biləcəklər. Elektron kabinetin qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq bütün iştirakçılar bərabər hüquqa malikdirlər.

Mənzillərin dəqiq sahəsi, qiyməti və satış şərtləri barədə ətraflı məlumatı MİDA-nın rəsmi internet saytından əldə etmək mümkündür.