00:00 · 14.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Soyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqHava kəskin dəyişir – Temperatur 10 dərəcə enəcəkSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqHava kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək
Araşdırma

Nazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…

20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın azərbaycanlı iş adamı, 36 yaşlı Rüstəm Hacıyevlə toyunun olduğu bildirilir.

Rusiya mediasında yayılan məlumatlarda Rüstəm Hacıyev Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu kimi təqdim olunur.

Toyla bağlı yayılan məlumatların bir hissəsi hələlik rəsmi təsdiqini tapmayıb. Belə ki, nə Avrora Kiba, nə də Rüstəm Hacıyev mərasim barədə ictimaiyyətə ətraflı açıqlama verib.

Tribuna.az xəbər verir ki, cütlüyün münasibətləri ilə bağlı ilk məlumatlar 2026-cı ilin fevralında yayılıb. Həmin vaxt Avrora Kiba və Rüstəm Hacıyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən məşhur karnaval zamanı birlikdə görüntüləniblər.

Lakin nazir müavini Rauf Hacıyev ilk dəfə deyil ki, oğlu ilə bağlı gündəmə gəlir. Bundan əvvəl onun digər oğlu Ramin Hacıyevin adı kazinolarla hallanıb. Bu haqda jurnalist Cavanşir Həsənli yazmışdı.

Belə ki, ölkəmizi dünyanın ən müxtəlif kazinolarda tanıdan məşhur qumarbazlar – Sıralama udduqları pulların məbləğinə görə müəyyən edilib. İlk yeri nazirin müavini Rauf Hacıyevin oğlu Ramin Hacıyev (indiyədək üst-üstə 3 milyon 267 min 653 dollar udub), 6-cı yeri isə digər oğlu Rüstəm Hacıyev tutur.

Bundan əlavə, bir müddət əvvəl Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevin bir şirkətdən rüblük qazancı məlum olub.

Onun səhmdarı olduğu “BOA Agency” kollektor agentliyi bu ilin ilk rübü üzrə 1 milyon 664,4 min manat xalis mənfəət əldə edib. Yazıda adı keçən tərəflərin mövqeyini dərc edə bilərik.

Fərda Uğur