00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Ölkə

Delimitasiya, sülh sazişi və TRİPP-lə bağlı son vəziyyət – Nazirdən açıqlama

Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi istiqamətində iş gedir və bu iş üçün xüsusi komissiya yaradılıb:

“Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işin şahidiyik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub”.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib. Onun sözlərinə görə, sülh sazişinin mətni artıq paraflanıb və ictimaiyyətə açıqlanıb:

“Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Prezident İlham Əliyev Azərbaycan dövlətinin rəsmi mövqeyini açıqlayıb. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişi imzalana bilər”.

Ceyhun Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi Azərbaycan tərəfinə bildirilib.

Nazir qeyd edib ki, bu layihə ABŞ tərəfindən dəstəklənir: “Bu istiqamətdə danışıqlar ABŞ-Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRİPP-in giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dən olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir”.//Report