00:00 · 16.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
Texnologiya

ABŞ hakimiyyəti “Meta”dan 1,4 trilyon dollar tələb edir

ABŞ-ın dörd ştatının baş prokurorlarının qaldırdığı iddia çərçivəsində “Meta” şirkətini təxminən 1,4 trilyon dollar məbləğində cərimə gözləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İddialar Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi ştatlarının hakimiyyət orqanları tərəfindən qaldırılıb. İddiaçılar bildirirlər ki, “Meta” “Facebook” və “Instagram” platformalarını azyaşlı istifadəçilərin diqqətini maksimum dərəcədə cəlb etmək və onlarda sosial şəbəkələrdən asılılıq yaratmaq məqsədilə qəsdən bu formada hazırlayıb.

Bundan əlavə, şirkət uşaqlar üçün platformalarının təhlükəsizlik səviyyəsi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham olunur.

Mümkün cərimənin məbləği barədə məlumat “Meta”nın prokurorluğun vəsatətlərinə təqdim etdiyi məhkəmə cavabında yer alıb. Şirkət bildirib ki, 1,4 trilyon dollarlıq zərər qiymətləndirilməsi heç bir sübutla təsdiqlənmir və əsassız hesablamalara əsaslanır.

Korporasiya qeyd edib ki, bu qədər böyük maliyyə sanksiyasının ABŞ-ın istehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyinin tətbiqi tarixində analoqu yoxdur.

“Meta” həmçinin iddiaçıların tələblərini həm faktiki, həm də hüquqi baxımdan əsassız adlandırıb və məhkəmədə öz maraqlarını müdafiə etməyə davam edəcəyini bəyan edib.

“Reuters”in məlumatına görə, mümkün cərimənin məbləği “Meta”nın hazırkı bazar kapitallaşmasına yaxındır. Şirkətin bazar dəyəri təxminən 1,5 trilyon dollar qiymətləndirilir.

İşə 2026-cı ilin avqustunda Kaliforniya ştatının Oklend şəhərində yerləşən federal məhkəmədə baxılması planlaşdırılır.

Kaliforniya Prokurorluğu iddia edir ki, təqdim olunan sübutlar “Meta”nın azyaşlıların təhlükəsizliyindən daha çox kommersiya maraqlarına üstünlük verdiyini göstərir. Qurumun mövqeyinə görə, şirkətin fəaliyyəti uşaq və yeniyetmələrin psixi sağlamlığının pisləşməsinə səbəb ola bilər və bu səbəbdən də iddiaçılar korporasiyanın tam məsuliyyətə cəlb olunmasına çalışırlar.

Aydın