00:00 · 15.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
İqtisadiyyat

Alış-verişdə yeni dövr başlayır: Kassirlər tarixə qovuşa bilər

“Bazarlara maraq azalır, amma bu əslində bazarların yerini supermarketlərin tutması deyil, topdansatış və pərakəndə ticarət şəbəkələrinin inkişafının təbii nəticəsidir. Vaxtilə “supermarket”, “hipermarket”, “giqamarket” kimi anlayışlar bizim üçün o qədər də tanış deyildi. Bunları əsasən inkişaf etmiş Avropa ölkələrində görürdük…”

Bu sözləri “Yeni Sabah” iqtisadçı Pərviz Heydərov deyib. Bazarların gələcəyi ilə bağlı fikirlərini bölüşən ekspert deyib ki, kənd təsərrüfatı məhsullarının satışının tamamilə supermarketlərin nəzarətinə keçməsi düzgün yanaşma olmaz:

“Müasir supermarketlər təkcə alış-veriş məkanı deyil. Orada restoranlar, hazır yemək bölmələri, uşaqlar üçün əyləncə guşələri və digər xidmətlər fəaliyyət göstərir. Yəni insanlar həm gündəlik tələbatlarını ödəyir, həm də vaxt keçirirlər. Bu proses bütün dünyada gedir və təbii inkişafın tərkib hissəsidir. Bu gün dünyada onlayn ticarət də sürətlə inkişaf edir. İnsanların marketə getməsinə ehtiyac qalmır. Evdən istədiyi məhsulu sifariş edir və həmin məhsul qapısına qədər çatdırılır. Bu tendensiya Azərbaycana da gəlib çıxıb. Hazırda bu sistem inkişaf etmiş ölkələrdə olduğu qədər geniş yayılmasa da, gələcəkdə daha da genişlənəcəyi gözlənilir.

Belə olan halda sual yaranır ki, əgər insanlar bütün ərzaq məhsullarını evdən sifariş edə biləcəklərsə, gələcəkdə iri supermarketlərə və hipermarketlərə ehtiyac necə olacaq? Texnologiyanın inkişafı ticarət sektorunu da dəyişir. İnternet artıq həyatın bütün sahələrinə təsir göstərir və bəzi peşələrin sıradan çıxmasına səbəb olur”.

İqtisadçının fikrincə, texnologiyanın inkişafı ticarət sahəsində bəzi peşələrə olan ehtiyacı azaldacaq:

“Məsələn, yaxın gələcəkdə supermarketlərdə kassir peşəsinin tamamilə aradan qalxacağını düşünürəm. Kassaların əksəriyyəti avtomatlaşdırılacaq. Anbar işçilərinin, qablaşdırma ilə məşğul olan əməkdaşların gördüyü işlərin də müəyyən hissəsi robotlar tərəfindən yerinə yetiriləcək. Bu, pərakəndə ticarət şəbəkələrinin inkişafının təbii nəticəsidir.

Amma kənd təsərrüfatı məhsullarının satıldığı ənənəvi bazarlarla bağlı proseslər bir qədər fərqlidir. Bu sahədə hansı dəyişikliklərin baş verəcəyini zaman göstərəcək. Mən şəxsən kənd təsərrüfatı məhsullarının satışının tamamilə bazarlardan çıxaraq yalnız supermarketlərin nəzarətinə keçməsini doğru hesab etmirəm. Çünki bütün satışın yalnız iri marketlərin əlində cəmləşməsi müəyyən mənfi nəticələr də yarada bilər.

Ümumiyyətlə, bütün bu dəyişikliklər təbii inkişafın nəticəsi olaraq baş verməlidir. İnzibati qərarlarla, süni məhdudiyyətlərlə bazarların sıxışdırılması, fəaliyyətinin dayandırılması və ya hansısa marketlərin üstün vəziyyətə gətirilməsi düzgün yanaşma deyil”.