00:00 · 05.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Bakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüAzərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – Siyahıİyi ki Turan demişiz !Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdiSabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır – Sakinlər DAD DEYİR…Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüAzərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – Siyahıİyi ki Turan demişiz !Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdiSabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır – Sakinlər DAD DEYİR…Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ oldu
İqtisadiyyat

Bakıda torpaq sahələri bahalaşdı

Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.

Bildirilib ki, rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda müşahidə edilib – 29.1%. Yasamal rayonunda torpaq sahələrinin qiyməti 27.1%, Nəsimi rayonunda 24.5%, Nizami rayonunda isə 22.3% yüksəlib. Xəzər rayonunda bahalaşma 20.2 %, Nərimanov rayonunda 19.7%, Xətai rayonunda isə 16.5% səviyyəsində olub:

“Nisbətən mülayim artım Binəqədi rayonunda (14.9%), Sabunçu rayonunda (12.3%), Suraxanı rayonunda (11.2%), Pirallahı rayonunda (8.6%) və Qaradağ rayonunda (8%) qeydə alınıb”, – məlumatda qeyd olunur.

Qeyd olunub ki, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak kateqoriyalarında eyni templə getməyib. Bahalaşmanın sürəti əmlakın tipindən, coğrafi mövqeyindən, bazarda formalaşan tələb-təklif nisbətindən, ərazinin spesifik xüsusiyyətlərindən və alıcıların davranış modellərindən asılı olaraq dəyişib.

“AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin analizi, əvvəlki dövrlərlə müqayisəli təhlillər, rayonlar arasındakı qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin fikirləri, sorğu məlumatları, həmçinin tələb-təklif dinamikasını nəzərdən keçirib. Rayonlar üzrə orta göstəricilərin müəyyən edilməsində ərazilərin bazardakı payı və əhali faktoru da hesablamaya daxil edilib”, – məlumatda deyilir.// Redaktor.az