00:00 · 26.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Manşet

Azərbaycanda kartdan-karta köçürmələrə yeni limitlər tətbiq olundu – DETALLAR – VİDEO

Azərbaycanda avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta (“card-to-card”) köçürmələrə yeni limitlər tətbiq olunub.

Uluyol.info  Fed.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ilə kommersiya bankları arasında əldə olunmuş razılığa əsasən, kartdan-karta əməliyyatlar üzrə yeni məhdudiyyətlər qüvvəyə minib.

Yeni qaydalara əsasən, limitlər həm kartdan-karta köçürülən vəsaitin məbləğinə, həm əməliyyatların sayına, həm də ödəniş kartları və elektron pul hesablarının sayına şamil edilir.

İctimaiyyət üçün ən mühüm dəyişiklik isə kartdan-karta köçürmələrlə bağlıdır.

Belə ki, 2026-cı il avqustun 1-dən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın artırılması məqsədilə kart əməliyyatları üzrə yeni qaydalar tətbiq olunur.

Yeni qaydalara əsasən, kartlara daxilolmalar və kartdan-karta köçürmələr üzrə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi gün ərzində öz kartından 5 dəfə köçürmə edə və eyni qaydada kartına 5 dəfə vəsait qəbul edə bilər.

Əməliyyatların sayına gündəlik limit tətbiq edilsə də, gündəlik köçürülən məbləğ üzrə məhdudiyyət müəyyən edilməyib. Bunun əvəzində kartdan-karta köçürmələrin ümumi məbləği üçün aylıq 20 min manat limit müəyyən olunub.

Bank müştərisinin özünə məxsus kartlar arasında həyata keçirilən köçürmələr isə bu məhdudiyyətlərə şamil edilmir.

Xatırladaq ki, kart əməliyyatları ilə bağlı hazırlanan yeni şərtlər bir neçə gün əvvəl Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzvlərinə təqdim olunub.

Bundan başqa, yeni qaydalara əsasən, ödəniş kartlarının və elektron cüzdanların sayına da limit tətbiq edilir. Belə ki, hər şəxs manatla maksimum 2 elektron cüzdandan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdandan istifadə edə biləcək.

Kartdan-karta köçürmələrə limitlərin tətbiq edilməsinin əsas məqsədi maliyyə əməliyyatlarında şəffaflığın artırılması və dələduzluq hallarının qarşısının alınmasıdır. Eyni zamanda yeni qaydaların vergidən yayınma və qanunsuz mərc oyunları ilə mübarizəyə də xidmət etdiyi bildirilir.

Qeyd edək ki, bu qərarla bağlı indiyədək yalnız Azər Türk Bank rəsmi açıqlama yayıb. Digər banklar isə müştərilərini yeni qaydalar barədə hələlik rəsmi şəkildə məlumatlandırmayıblar.