00:00 · 16.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
Araşdırma

Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)

Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə fəallığına dair yeni statistika açıqlanıb.

“Global Stats” Statistika Mərkəzinin hesabatına əsasən, 2026-cı ilin iyul ayında ölkə üzrə sosial media platformalarının istifadə paylarında dəyişikliklər qeydə alınıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda ən yüksək bazar payına “YouTube” sosial şəbəkəsi sahib olub. Platformanın istifadə payı aylıq müqayisədə 36,49 faiz bəndi azalaraq 36,58 faiz təşkil edib.

İkinci sırada “Facebook” qərarlaşıb. Onun Azərbaycanda bazar payı iyul ayında 21,02 faiz bəndi artaraq 28,45 faizə bərabər olub.

Üçüncü yerdə “Instagram” yer alır. Platformanın payı 12,29 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 5,37 faiz bəndi artım qeydə alınıb.

Dördüncü pillədə “LinkedIn” qərarlaşıb. Onun bazar payı 6,92 faiz təşkil edib və aylıq müqayisədə 1,76 faiz bəndi artım göstərib.

Beşinci sırada “X” sosial şəbəkəsi (keçmiş “Twitter”) yer alıb. Onun payı 7,97 faiz olub və ay ərzində 2,47 faiz bəndi azalma qeydə alınıb.

Altıncı yerdə “Pinterest” sosial şəbəkəsi qərarlaşıb. Bu sosial şəbəkə platformasının payı 5,86 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 3,33 faiz bəndi artım göstərib.

Yeddinci sırada “Reddit” yer alıb. Platformanın payı 3,39 faiz olub və cüzi artım (1,65 faiz bəndi) qeydə alınıb.

Qlobal miqyasda isə iyul ayında ən çox bazar payına malik sosial şəbəkə “Facebook” olub. Belə ki, platformanın istifadə payı aylıq müqayisədə 2,03 faiz bəndi azalaraq 73,21 faiz təşkil edib.

İkinci sırada “YouTube” qərarlaşıb. Onun qlobal miqyasda bazar payı iyul ayında 1,66 faiz bəndi artaraq 9,46 faizə bərabər olub.

Üçüncü yerdə “Instagram” yer alıb. Platformanın payı 7,13 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi artım qeydə alınıb.

Dördüncü pillədə “X” qərarlaşıb. Onun bazar payı 5,25 faiz təşkil edib və aylıq müqayisədə 0,02 faiz bəndi artım göstərib.

Beşinci sırada “Pinterest” sosial şəbəkəsi yer alır. Onun payı 2,62 faiz olub və ay ərzində 0,18 faiz bəndi azalma qeydə alınıb.

Altıncı yerdə “Reddit” sosial şəbəkəsi qərarlaşıb. Bu sosial şəbəkə platformasının payı 1,6 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,14 faiz bəndi artım göstərib.

Yeddinci sırada “LinkedIn” yer alıb. Platformanın payı 0,46 faiz olub və cüzi azalma (0,01 faiz bəndi) qeydə alınıb.