00:00 · 22.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kimlərə övladlığa uşaq verilmir? — Açıqlama385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdiSarkisyanı tuturlar – torpaq və qala satıb, tender saxtalaşdırıbAlmaniyada qəbiristanlıqda mərhumlarla “danışmaq” üçün “külək telefonu” quraşdırılıbCHP-də zəlzələ: Özgür Özəl elan etdi – 90 deputatla bağlı sensasion iddiaBeş yaşlıların məktəb seçiminə başlandıİsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?Ən təhlükəli ağrıkəsicilərMessi ən yaxşı seçildiDirektorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayırAzərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalanıbTəhlükəsizlik qüvvələri jurnalisti iş yerində həbs etdiKimlərə övladlığa uşaq verilmir? — Açıqlama385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdiSarkisyanı tuturlar – torpaq və qala satıb, tender saxtalaşdırıbAlmaniyada qəbiristanlıqda mərhumlarla “danışmaq” üçün “külək telefonu” quraşdırılıbCHP-də zəlzələ: Özgür Özəl elan etdi – 90 deputatla bağlı sensasion iddiaBeş yaşlıların məktəb seçiminə başlandıİsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?Ən təhlükəli ağrıkəsicilərMessi ən yaxşı seçildiDirektorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayırAzərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalanıbTəhlükəsizlik qüvvələri jurnalisti iş yerində həbs etdi
Səhiyyə

Azərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?

Son illərdə Azərbaycanda estetik əməliyyatlara və kosmetoloji prosedurlara maraq nəzərəçarpacaq dərəcədə artıb.

Sosial şəbəkələrin təsiri, gözəllik standartlarının dəyişməsi və texnologiyanın inkişafı nəticəsində həm qadınlar, həm də kişilər xarici görünüşlərində müxtəlif estetik dəyişikliklər etməyə üstünlük verirlər.

Cərrahi əməliyyatlarla yanaşı kosmetoloji müdaxilələr də geniş yayılıb. Bu xidmətlərin sayının artması ilə yanaşı, onların qiymətləri də vətəndaşların ən çox maraq göstərdiyi məsələlərdən birinə çevrilib. 

Azxeber.com mövzu ilə bağlı araşdırma aparıb.

Klinikalar arasında qiymətlər fərqlənsə də, estetik əməliyyatlar və kosmetoloji prosedurlar üzrə orta qiymət aralığı belədir:

Burun əməliyyatı

Ən çox müraciət olunan estetik əməliyyatlardan biri burun əməliyyatıdır (rinoplastika). Burunun formasının dəyişdirilməsi və ya tənəffüs problemlərinin aradan qaldırılması məqsədilə həyata keçirilən bu əməliyyatın qiyməti 2 000-7 000 manat arasında dəyişir. Burun çəpərinin korreksiyası ilə birlikdə icra olunan septorinoplastikanın qiyməti isə 2 500-7 500 manat təşkil edir.

Göz və qulaq əməliyyatları

Göz qapağı əməliyyatı (blefaroplastika), qulaq əməliyyatı (otoplastika), çənə estetikası və yanaq implantı da geniş tətbiq olunan estetik müdaxilələr sırasındadır. Bu əməliyyatların qiyməti təxminən 800 manatdan başlayaraq 6 000 manata qədər dəyişir.

Üz estetikası

Üzün cavanlaşdırılması məqsədilə üz gərmə, boyun gərmə, dodaq qaldırma (Lip Lift) və dodaq kiçiltmə əməliyyatları həyata keçirilir. Bu əməliyyatların qiyməti 700-8 000 manat arasında dəyişir.

Bədən estetikası

Bədən nahiyəsində aparılan estetik müdaxilələr arasında piy sovurma əməliyyatı (liposaksiya), qarın gərmə əməliyyatı (abdominoplastika), omba böyütmə əməliyyatı (BBL), qol və bud gərmə əməliyyatları üstünlük təşkil edir. Qiymətlər əməliyyatın növündən asılı olaraq 2 000-12 000 manat arasında dəyişir. Kompleks bədən formalaşdırma əməliyyatlarında isə məbləğ 15 min manata qədər yüksələ bilir.

Sinə əməliyyatları

Sinəböyütmə, sinəkiçiltmə və sinədikləşdirmə əməliyyatları plastik cərrahiyyədə ən çox həyata keçirilən müdaxilələrdən hesab olunur. Kişilərdə isə ginekomastiya əməliyyatı icra edilir. Bu əməliyyatların qiyməti 2 000-9 000 manat arasında dəyişir.

Botoks və dolğu prosedurları

Qeyri-cərrahi estetik prosedurlar arasında ən çox müraciət olunan xidmətlər botoks və dolğu prosedurlarıdır. Dodaq, yanaq, çənə, burun və gözaltı nahiyələrinə tətbiq edilən dolğular estetik mərkəzlərdə geniş istifadə olunur. Botoksun qiyməti 150-800 manat, dolğu prosedurlarının qiyməti isə 250-1 000 manat arasında dəyişir.

Dəriyə qulluq və lazer prosedurları

Mezoterapiya, PRP, biorevitalizasiya, skinbooster, kimyəvi pilinq, karbon pilinq, Dermapen, CO₂ fraksional lazer, Pico lazer və HIFU prosedurları da geniş tətbiq olunur. Bu prosedurların qiyməti 50-3 000 manat arasında dəyişir.

Lazer epilyasiya və saç əkimi

Lazer epilyasiya və saç əkimi estetik sahədə ən çox müraciət olunan xidmətlər sırasındadır. Lazer epilyasiyasının qiyməti nahiyədən asılı olaraq 20-400 manat, saç əkiminin qiyməti isə 2 000-8 000 manat arasında dəyişir.

Qeyd edək ki, göstərilən qiymətlər bazarda müşahidə olunan orta qiymət aralığını əks etdirir. Yekun məbləğ seçilən klinikadan, həkimin təcrübəsindən, istifadə olunan materiallardan və əməliyyatın həcmindən asılı olaraq dəyişə bilər.

Fəridə Əsədzadə

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir